Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə101/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   97   98   99   100   101   102   103   104   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
XV fəsil. Yanğından mühafizə 
 
392.  Bütün  hərbi  qulluqçular  yanğın  təhlükəsizliyi  qaydalarını  (5  saylı  əlavə) 
bilməli,  onları  yerinə  yetirməli  və  yanğınsöndürmə  vasitələrindən  istifadə  etməyi 
bacarmalıdırlar. 


Yanğın baş verdikdə, yanğınsöndürmə komandasının dərhal çağırılması və bütün 
mövcud  vasitələrlə  yanğının  söndürülməsi,  silahların,  döyüş  texnikasının  və  digər 
texnikanın xilas edilməsi üçün tədbirlər görmək hər bir hərbi qulluqçunun vəzifəsidir. 
393.  Hər  bir  hərbi  hissədə  yanğından  mühafizə  planı  hazırlanır,  bu  plan  hərbi 
hissə komandiri tərəfindən təsdiq edilir və bütün şəxsi heyətə çatdırılır. 
Hərbi  hissədə  yanğına  qarşı  tədbirlər  haqqında  təlimat,  yanğının  söndürülməsi 
üçün cəlb edilən qüvvə və vasitələrin planı; həmçinin silahların, döyüş texnikasının və 
digər  texnikanın,  eləcə  də  əmlakın  təxliyəsi  qaydalarına  aid  çıxarışlar  hərbi  hissə 
növbətçisində olmalıdır. 
394.  Hərbi  hissə  komandirləri,  müəssisə  (təlim  mərkəzi,  anbar,  baza,  poliqon, 
park  və  s.)  rəisləri  yanğından  mühafizənin  təşkili  və  vəziyyəti  üçün  məsuliyyət 
daşıyırlar. Onların vəzifəsidir: 
şəxsi  heyətə  yanğın  təhlükəsizliyi  qaydalarını,  yanğının  söndürülməsində 
görəcəyi işlərin öyrədilməsini təşkil etmək;  
hərbi  hissənin  yerləşdiyi  ərazidə  normativlə  müəyyən  edilmiş  su  və  başqa 
yanğınsöndürmə vasitələri ehtiyatlarının olmasını təmin etmək;  
3  ayda  bir  dəfədən  az  olmayaraq  hərbi  hissənin  yanğından  mühafizəsinin 
təşkilini və vəziyyətini yoxlamaq, yanğın həyəcanı məşqi keçirmək;  
yanğın təhlükəsizliyi qaydalarının vaxtında yerinə yetirilməsini təmin etmək;  
yaxındakı şəhər (qarnizon) yanğınsöndürmə komandası ilə telefon rabitəsi təşkil 
etmək.  
395. Hərbi hissə komandirləri, təlim mərkəzi və poliqon rəisləri hərbi hissə, təlim 
mərkəzi və poliqon üçün ayrılmış, meşələrdə, həmçinin məşğələlər, atışlar, təlimlər və 
döyüş hazırlığının digər tədbirlərini keçirdikləri digər meşələrdə yanğın təhlükəsizliyi 
qaydalarına riayət edilməsi üçün məsuliyyət daşıyırlar. 
396.  bölmə  komandirləri,  xidmət,  emalatxana,  sex,  klub,  laboratoriya  və  başqa 
obyektlərin  rəisləri  tabeliklərində  olan  bölmə,  xidmət  və  obyektlərdə  yanğın 
təhlükəsizliyi qaydalarına riayət edilməsi üçün məsuliyyət daşıyırlar. 
397. Alayda (briqadada) yanğından mühafizə işinə bilavasitə yanğından mühafizə 
xidməti rəisi rəhbərlik edir, həmin vəzifə ştatda nəzərdə tutulmayan yerlərdə isə bu iş 
zabitlərdən birinə əvəzçiliklə həvalə olunur. 
398.  Ştatında  yanğınsöndürmə  komandası  olmayan  hərbi  hissələrdə  sayı  5-15 
nəfər olan ştatdankənar yanğınsöndürmə komandaları yaradılır. 
Ştatdankənar  yanğınsöndürmə  komandasının  heyətinə,  bir  qayda  olaraq,  eyni 
bölmənin əsgər və çavuşları daxil edilirlər. 
Yanğınsöndürmə  komandasının  şəxsi  heyəti  yanğınsöndürmə  postlarında  gecə-
gündüz və ya hərbi hissə komandirinin təsdiq etdiyi postlar tabeli ilə müəyyən edilmiş 
müddət ərzində növbə çəkir. 
Yanğınsöndürmə komandasının şəxsi heyəti başqa naryadlardan azad edilir. 
399. Yanğından mühafizə xidməti rəisi alay (briqada) komandirinin arxa xidmət 
üzrə  müavininə  tabedir.  O,  yanğından  mühafizənin  təşkilinə,  yanğınsöndürmə 


komnadasının  və  yanğınsöndürmə  vasitələrinin  daim  hazır  olmasına  və  bütün  şəxsi 
heyətə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsinə cavabdehdir. 
400. Yanğından mühafizə xidməti rəisinin vəzifəsidir: 
alay  (briqada)  bölmələrinin  zabit,  gizir  və  çavuşlarının  yanğın  təhlükəsizliyi 
qaydaları, yanğınsöndürmə vasitələrinin işlədilməsi üzrə hazırlığı və yanğınsöndürmə 
komandasının xüsusi hazırlığı üzrə məşğələləri şəxsən aparmaq;  
hərbi  hissənin  şəxsi  heyətinin  yanğın  təhlükəsizliyi  qaydalarına  riayət  etməsinə 
gündəlik nəzarət etmək;  
yanğınsöndürmə,  yanğın  siqnalizasiyası  vasitələrinin,  su  təchizatı  mənbələrinin 
saz olmasına diqqət yetirmək və onların daim yanğın söndürülməsinə hazır olmasını 
təmin etmək;  
saz  olmayan  və  yanğın  törədə  bilən  qurğulardan,  istilik  və  işıqlandırma 
cihazlarından və s. istifadə olunmasını qadağan etmək;  
yanğından  mühafizə  naryadında  olan  şəxsi  heyətin  biliyini  yoxlamaq,  naryada 
başlamazdan  qabaq  ona  təlimat  vermək  və  onun  yanğından  mühafizə  postlarında 
xidmət etməsini yoxlamaq;  
yanğının söndürülməsinə rəhbərlik etmək.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin