Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


XIII fəsil. Döyüş həyəcanı ilə qaldırılma və toplanış



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə93/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   89   90   91   92   93   94   95   96   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
XIII fəsil. Döyüş həyəcanı ilə qaldırılma və toplanış 
 
355.  Alayı  (briqadanı)  döyüş  həyəcanı  ilə  Azərbaycan  Respublikasının  müdafiə 
naziri  tərəfindən  hüquq  verilmiş  komandirlər  (rəislər)  qaldıra  bilərlər.  Həyəcanla 
qaldırılma döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıq məqsədilə edilir. 
356. Döyüş həyəcanı ilə qaldırıldıqda alayın (briqadanın) bütün şəxsi heyəti ona 
məxsus  silahları;  döyüş  sursatı,  döyüş  texnikası  və  digər  texnikası,  həmçinin  başqa 
maddi vasitələri ilə birlikdə çıxarılır. 
357.  Alayın  (briqadanın)  döyüş  həyəcanı  ilə  qaldırılması  qaydası  alay  (briqada) 
komandirinin bilavasitə rəhbərliyi ilə işlənib hazırlanmış və vəzifəcə böyük komandirin 
təsdiq etdiyi planla müəyyən edilir. Bu planda aşağıdakılar nəzərdə tutulmalıdır: 
döyüş həyəcanı elan etməyə hüququ olan şəxs;  
siqnallar  və  onların  verilmə  qaydası,  həmçinin  zabitlərin,  gizirlərin  və 
müddətindən artıq xidmət çavuşlarının xəbərdar edilmə və toplanış qaydası;  
alay (briqada) növbətçisinin və sutkalıq naryadda olan digər şəxslərin vəzifələri;  
alayın  (briqadanın)  toplanış  rayonu,  bölmələrin  toplanış  məntəqələri  və  bu 
məntəqələrə  şəxsi  heyətin,  döyüş  texnikasının  və  digər  texnikanın  çıxarılması 
qaydaları;  
alayın  (briqadanın) toplanma rayonu və orada bölmələrin yeri, həmçinin alayın 
(briqadanın) toplanma rayonuna çıxış məntəqəsi, onun irəliləməsi yolları və qaydası;  
döyüş  həyəcanı  elan  edildikdən  sonra  alayın  (briqadanın)  yerləşdiyi  rayonun 
mühafizəsinin gücləndirilməsi qaydası;  
hava hücumundan müdafiənin, kütləvi qırğın silahından mühafizənin təşkili və 
maskalanma tədbirləri, həmçinin alayın (briqadanın) təminatı üzrə başqa tədbirlər;  
alay (briqada) döyüş həyəcanı ilə qaldırılanda və göstərilmiş rayona irəliləyərkən 
idarəetmənin və rabitənin təşkili;  
alayın (briqadanın) Döyüş Bayrağının çıxarılması qaydası;  
döyüş sursatının, ərzağın və digər maddi vasitələrin verilməsi, həmçinin onların 
yüklənib toplanma rayonuna daşınması qaydaları;  
toplanış və toplanma rayonlarına gedərkən komendant xidmətinin təşkili.  
358. Hərbi hissələr və bölmələr təlimə çıxdıqda, yanğın söndürmək, yaxud təbii 
fəlakətlərin  nəticələrini  ləğv  etmək,  eləcə  də  döyüş  həyəcanı  zamanı  qoşunların 
hərəkətinin  məşqi  və  digər  məsələlərin  həlli  üçün  onlara  toplanış  elan  oluna  bilər. 
Toplanış bütün hallarda döyüş həyəcanı elan edilmədən keçirilir. 


Hərbi  hissənin  (bölmənin)  toplanışı  alay  (briqada)  komandiri,  yaxud  vəzifəcə 
böyük  komandir  (rəis)  tərəfindən  elan  edilə  bilər.  Toplanış  üçün  alayda  (briqadada) 
daimi vahid siqnal müəyyən edilir. 
Hərbi  hissələrin  (bölmələrin)  toplanış  qaydaları  yuxarı  vəzifəli  komandir  (rəis) 
tərəfindən təsdiq edilmiş təlimatla müəyyən edilir. 
Təlimatda toplanışa çıxarılası qoşunların tərkibi, toplanış rayonları (məntəqələri), 
şəxsi heyətin xəbərdar edilməsi qaydaları və başqa məsələlər göstərilir. 
Toplanış elan edilən bütün hallarda şəxsi heyət maskalanmaya əməl edərək, cəld 
və mütəşəkkil hərəkət etməlidir. 
359. Bütün hərbi qulluqçular alayın (briqadanın) həyəcanla qaldırılması planının 
və  hərbi  hissələrin  (bölmələrin)  toplanış  təlimatının  onlara  aid  hissəsini  yaxşı 
bilməlidirlər. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin