Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]
Bölük növbətçisi 351. Bölük növbətçisi eşelon növbətçisinə və onun köməkçisinə, bölükdə daxili
xidmət üzrə isə bölük komandirinə və bölük başçavuşuna tabedir. Ona bölüyün şəxsi
heyəti gedən vaqonların (gəmidə yaşayış otaqlarının) gün növbətçiləri tabedirlər.
352. Bölük növbətçisi 255-257-ci maddələrdə nəzərdə tutulan vəzifələri yerinə
yetirir. Bölük növbətçisi bunlardan əlavə, bölük komandirinin göstərişi və eşelon
növbətçisinin icazəsi ilə dayanacaqlarda döyüş texnikasının və digər texnikanın
bərkidilməsinin vəziyyətini və maskalanmasını yoxlamalı, aşkar edilən nasazlıqları
aradan qaldırmalı və bunlar barəsində bölük komandirinə və hərbi eşelon növbətçisinə
məlumat verməlidir.