Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Tibb məntəqəsinin növbətçi feldşeri (sanitar təlimatçısı)



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə72/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   68   69   70   71   72   73   74   75   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Tibb məntəqəsinin növbətçi feldşeri (sanitar təlimatçısı) 
 
267.  Tibb  məntəqəsinin  növbətçi  feldşeri  (sanitar  təlimatçısı)  tibb  məntəqəsində 
daxili qayda-qanuna, həkim olmadıqda isə tibbi yardım göstərilməsinə cavabdehdir. O, 
alay  (briqada)  növbətçisinə,  onun  köməkçisinə  və  alayın  (briqadanın)  tibb  məntəqəsi 
rəisinə tabedir. Ona tibb məntəqəsinin gün növbətçiləri tabedirlər. 
Köhnə  və  yeni  növbətçilər  növbətçiliyin  təhvili  və  qəbulu  haqqında  alayın 
(briqadanın) tibb məntəqəsi rəisinə və alay (briqada) növbətçisinə məlumat verirlər. 
268. Tibb məntəqəsinin növbətçi feldşerinin (sanitar təlimatçısının) vəzifəsidir: 
tibb  məntəqəsində  olmaq;  xidməti  iş  ilə  əlaqədar  getdikdə  öz  əvəzinə  tibb 
məntəqəsinin  gün  növbətçisini  qoymaq,  ona  hara  və  hansı  müddətə  getdiyini 
bildirmək;  
tibb  məntəqəsində  stasionar  müalicədə  olan  xəstələrin  sayını,  xəstəliyin 
xarakerini,  hər  xəstə  üçün  müəyyən  olunmuş  müalicəni,  qidanı  bilmək  və  həkimin 
təyinatını yerinə yetirmək;  
yeməkxana  növbətçisinin  çağırışı  və  yeməkxanaya  verilən  ərzağın  keyfiyyətini 
müəyyən etmək;  
ambulator qəbulu başlamazdan əvvəl qəbula yazılmış bütün hərbi qulluqçuların 
tibb kitabçalarını seçmək və xəstələrin temperatunu ölçmək;  
tibb məntəqəsinə qəflətən xəstələnmiş hərbi qulluqçular daxil olduqda, onlara ilk 
tibbi yardım göstərmək;  
bölmə və ya alay (briqada) növbətçisinin çağırışı ilə dərhal xəstənin yanına gəlib, 
ona yardım göstərmək, təcili həkim yardımı tələb edildiyi hallarda isə xəstəni  dərhal 
tibb məntəqəsinə göndərmək və həkimə məlumat vermək;  
məzuniyyətdən və ezamiyyətdən gələnləri, həmçinin yeməkxanaya naryada təyin 
olunanları tibbi müayinədən keçirmək;  
tibb  məntəqəsinin  gün  növbətçilərindən  xəstələrə  diqqətlə  qulluq  və  nəzarət 
etmələrini tələb etmək;  
xəstələrə  verilən  xörəyin  keyfiyyətinə  və  vaxtında  paylanmasına,  tibb 
məntəqəsinin  yığışdırılıb  təmizlənməsinə,  otaqların  temperaturuna  və  havasının 
vaxtında dəyişdirilməsinə diqqət yetirmək;  
növbəni  qəbul  edəndən  sonra  tibb  məntəqəsində  stasionar  müalicədə  olan 
xəstələrin sayı haqqında alay (briqada) növbətçisinə məlumat vermək;  


tibb  məntəqəsinin  rəisi  və  ondan  yüksək  vəzifəli  birbaşa  rəislər,  həmçinin  alay 
(briqada) növbətçisi tibb məntəqəsinə gəldikdə özünü təqdim etmək.  
Məsələn: «Yoldaş mayor. Növbətçi feldşer gizir Kərimov». 
Növbətçi  feldşer  özünü  təqdim  etdikdən  sonra  tibb  məntəqəsindəki  xəstələr  və 
onların vəziyyəti haqqında məlumat verir. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin