bölükdə baş vermiş bütün hadisələr, yanğın təhlükəsizliyi qaydalarının
pozulması və gördüyü nasazlıqlar haqqında bölük növbətçisinə dərhal məlumat
vermək;
otaqlarda təmizliyə və qayda-qanuna diqqət yetirmək, hərbi qulluqçuların buna
riayət etmələrini onlardan tələb etmək;
hərbi qulluqçuların soyuq havada, xüsusilə gecələr geyinməmiş binadan
çıxmasına icazə verməmək;
növbətçi işıqlandırılma qaydalarına riayət etmək;
hərbi qulluqçuların yalnız müəyyən olunmuş otaqlarda və ya yerlərdə papiros
çəkmələrinə, ayaqqabı və paltar təmizləmələrinə diqqət yetirmək;
səhər yuxudan durma zamanı və həmçinin gecələr həyəcan siqnalı, toplanış və ya
yanğın olduqda şəxsi heyəti yuxudan oyatmaq;
bölük növbətçisinin icazəsi olmadan kənar şəxsləri binaya buraxmamaq və
həmçinin kazarmadan silahların, əmlakın və əşyaların çıxarılmasına icazə verməmək.
Növbədə durmayan gün növbətçisi bölüyün otaqlarında təmizliyi və qayda-
qanunu saxlamalı, bölük növbətçisinin icazəsi olmadan heç bir yerə getməməlidir;
bölük növbətçisinin əvəzinə qaldıqda onun vəzifələrini yerinə yetirməlidir.
262. Bölük yaşayış məntəqəsində yerləşdirildikdə gün növbətçilərindən biri,
həmişə küçədə bölük komandirinin müəyyən etdiyi yerdə olmalı və bölük
növbətçisinin harada olmasını bilməlidir.
Gün növbətçisinin duracağı yerdə pis havadan qorunmaqdan ötrü talvar
düzəldilir.
Gün növbətçisi hərbi qulluqçuların ictimai asayişə, geyim forması qaydalarına
riayət etmələrinə nəzarət edir və gördüyü bütün pozuntular haqqında bölük
növbətçisinə məlumat verir.
Dostları ilə paylaş: