Yeməkxananın köhnə və təzə növbətçiləri növbətçiliyin təhvil verilməsi və qəbulu
haqqında alay (briqada) komandirinin arxa xidmət üzrə müavininə və alay (briqada)
növbətçisinə məlumat verirlər.
265. Yeməkxana növbətçisinin vəzifəsidir:
təminatda olan adamların sayını bilmək;
təlimatçı-aşpaz (böyük aşpaz) anbardan ərzaq alarkən iştirak etmək, ərzağın
çəkisinin dəqiqliyinə və keyfiyyətli olmasına nəzarət etmək (zəruri hallarda ərzağın
keyfiyyətini müəyyən etmək üçün həkim və ya feldşer çağırmaq);
ərzağın təmizlənməsinə, həmçinin ətin və balığın ancaq aşpazlar tərəfindən
doğranıb yuyulmasına
diqqət yetirmək;
normada nəzərdə tutulan ərzağın hamısının dəqiq çəki üzrə qazana tökülməsinə
nəzarət etmək;
ətin və balığın porsiyalara bölünməsində iştirak etmək, onların çəkilərini və
təlimatçı-aşpazın (böyük aşpazın) hazırlanmış xörəyin keyfiyyətinə nəzarət kitabında
etdiyi qeydlərin düzgünlüyünü yoxlamaq;
tibbi müayinədən keçməmiş əsgərləri yeməkxanada işləməyə buraxmamaq və iş
vaxtı gigiyena qaydalarına riayət edilməsinə diqqət yetirmək;
yeməkxanada işləməyə təyin edilmiş əsgərlər arasında işi bölüşdürmək;
yemək vaxtı yeməkxanada qayda-qanunu saxlamaq; yeməkxanaya əsgərləri və
çavuşları baş geyimində, şineldə, xüsusi paltarda (iş paltarında) buraxmamaq;
stolların vaxtında hazırlanmasına və təmizlənməsinə, həmçinin yeməkxanada
bütün gün ərzində təmizliyin və qayda-qanunun saxlanmasına diqqət yetirmək;
ərzaq təmizləndikdən sonra tullantıların vaxtında yığışdırılmasını təşkil etmək və
yeməkxanaya bitişik ərazinin təmizliyinə diqqət yetirmək;
xörəyin vaxtında, düzgün və növbə ilə paylanmasına dəqiq riayət edilməsinə
diqqət yetirmək;
ərzaq ehtiyatının təmiz və qaydasında saxlanmasını tələb etmək;
yeməkxana-mətbəx qablarının təmiz yuyulmasını təşkil etmək və qabların
yeməkxanadan aparılmasına icazə verməmək;
bölük başçavuşlarının və ya bölük (tabor, alayın-briqadanın xüsusi bölmələri və
xidmət bölmələri) növbətçilərinin sifarişi ilə xörək saxlamaq və onun müəyyən
olunmuş vaxtdan artıq saxlanmasına
yol verməmək;
kənar şəxsləri yeməkxanaya buraxmamaq;
yanğın təhlükəsizliyi qaydalarına
riayət edilməsini təmin etmək;
bütün çatışmazlıqlar haqqında alay (briqada) növbətçisinə və ya onun
köməkçisinə məlumat vermək;
alay (briqada) komandirinin müavinləri və onlardan yüksək vəzifəli birbaşa
rəislər, həmçinin alay (briqada) növbətçisi və onun köməkçisi yeməkxanaya gəldikdə
özünü təqdim etmək.
Məsələn: «Yoldaş polkovnik. Yeməkxana növbətçisi gizir İmanov».
266. Yeməkxana növbətçisində yeməkxana növbətçisi, böyük aşpaz,
çörəkdoğrayan, yeməkxana işçiləri üçün təlimatlar; həyəcan, toplanış və yanğına qarşı
tədbirlər təlimatları; günün nizam qaydaları; bölmələrin, sutkalıq naryadın və həbs
edilənlərin yemək növbəsi qarfikləri; növbətçiliyin qəbulu və təhvili kitabı;
yeməkxanada olan əmlak və avadanlığın siyahısı; hazır xörəyin və ərzaq təmizlənərkən
tullantının normaları; ərzaqların bişirilmə müddəti cədvəli; çörəyin, yağın və şəkərin
verilmə normaları olmalıdır.
Dostları ilə paylaş: