Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


VIII fəsil. Sutkalıq naryad nəfərlərinin vəzifələri



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə65/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   61   62   63   64   65   66   67   68   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
VIII fəsil. Sutkalıq naryad nəfərlərinin vəzifələri 
Ümumi müddəalar 
 
234.  Sutkalıq  naryad  nəfərlərinin  alay  (briqada)  növbətçisinin  icazəsi  və  ya 
sərəncamı  olmadan,  öz  vəzifələrinin  icrasını  dayandırmağa  və  ya  onu  kiməsə  həvalə 
etməyə hüquqları yoxdur. 
235.  Alay  (briqada)  növbətçisinə  və  onun  köməkçisinə  növbə  ərzində  alay 
(briqada) komandiri tərəfindən müəyyən olunmuş vaxtda ləvazimatını çıxarmadan və 
soyunmadan  hər  birinə  4  saatdan  çox  olmayaraq  növbə  ilə  uzanıb  (yatıb)  istirahət 
etməyə icazə verilir. 
Bölük növbətçisinə növbə ərzində alay (briqada) komandiri tərəfindən müəyyən 
olunmuş vaxtda ayaqqabısız, ləvazimatını çıxarmadan və soyunmadan 4 saatdan çox 
olmayaraq uzanıb (yatıb) istirahət etməyə icazə verilir. 
Bölük növbətçisinə növbə ərzində alay (briqada) komandiri tərəfindən müəyyən 
olunmuş vaxtda ayaqqabısız, ləvazimatını çıxarmadan və soyunmadan 4 saatdan çox 
olmayaraq uzanıb (yatıb) istirahət etməyə icazə verilir. 
Növbədə duran gün növbətçisinə oturmaq, ləvazimatını çıxarmaq və paltarlarının 
düyməsini açmaq qadağandır. 
Növbədə durmayan gün növbətçilərinə ancaq şəxsi heyət yatandan durana qədər 
olan vaxtda növbə ilə soyunmuş halda uzanıb (yatıb) istirahət etməyə icazə verilir. 
Park, nəzarət-buraxılış məntəqəsi və yeməkxana növbətçilərinə, növbətçi feldşerə 
(sanitar  təlimatçıya),  alay  (briqada)  qərargahı  növbətçisinə  və  siqnalçıya  gecə 
ləvazimatını çıxarmadan və soyunmadan uzanıb (yatıb) istirahət etməyə icazə verilir. 
Alay  (briqada)  növbətçisinin,  onun  köməkçisinin,  park,  nəzarət-buraxılış 
məntəqəsi  və  yeməkxana  növbətçilərinin  istirahət  etmələri  üçün  yarımyumşaq  taxt 
qoyulur. 
Qarovul  heyəti  Qarnizon  və  qarovul  xidmətləri  nizamnaməsinin  müddəalarına 
uyğun istirahət edir. 
236.  Alay  (briqada)  komandiri  və  ondan  yüksək  vəzifəli  rəislər  bölmələrə 
gəldikdə,  bölmə  növbətçiləri  bu  barədə  dərhal  alay  (briqada)  növbətçisinə  məlumat 
verməlidirlər. 
237.  Alay  (briqada)  növbətçisinin  köməkçisinə  tabe  olan  bölük  (tabor,  xüsusi 
bölmələr  və  xidmət  bölmələri)  növbətçiləri  və  başqa  növbətçilər  alay  (briqada) 
növbətçisinin  köməkçisi  gəldikdə  «Farağat»  komandası  və  raport  vermir,  yalnız 
özlərini təqdim edirlər. 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin