Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Yuxudan durma, səhər baxışı və axşam yoxlanışı



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə55/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   51   52   53   54   55   56   57   58   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Yuxudan durma, səhər baxışı və axşam yoxlanışı 
 
188. Səhər «Qalx» siqnalına 10 dəqiqə qalmış  bölük növbətçisi taqım komandiri 
müavinlərini  və  bölüyün  başçavuşunu,  «Qalx»  siqnalı  ilə  isə  bütün  bölüyü  yuxudan 
qaldırır. 
189.  Qalxdıqdan  sonra  səhər  gimnastikası,  otaqların  və  ərazinin  təmizlənməsi, 
yataqların yığılması, yuyunma və səhər baxışı keçirilir. 
190.  Səhər  baxışı  üçün  bölük  növbətçisinin  «Bölük,  səhər  baxışına  —  DÜZÜL» 
komandası  ilə  taqım  komandirinin  müavinləri  (manqa  komandirləri)  öz  bölmələrini 
təyin  olunmuş  yerdə  düzürlər;  ezamiyyətə  gələnlər  sol  cinahda  düzülürlər.  Bölük 
növbətçisi bölüyü düzüb, başçavuşa bölüyün baxışa hazır olduğu haqqında  məlumat 
verir.  Bölük  başçavuşunun  komandası  ilə  taqım  komandiri  müavinləri  və  manqa 
komandirləri səhər baxışı keçirirlər. 
191.  Səhər  baxışı  zamanı  adamların  yerində  olması,  zahiri  görkəmi  və  şəxsi 
gigiyena qaydalarına riayət etmələri yoxlanılır. 
Bölük növbətçisi tibbi yardıma ehtiyacı olanları alay (briqada) tibb məntəqəsinə 
göndərmək üçün xəstələrin qeydiyyat kitabına (9 saylı əlavə) yazır. 
Səhər  baxışının  gedişində  manqa  komandirləri  aşkar  edilən  nöqsanların  aradan 
qaldırılması  üçün  müavfiq  göstərişlər  verir  və  baxışın  nəticələri  haqqında  taqım 
komandiri  müavinlərinə,  onlar  da  öz  növbələrində  bölük  başçavuşuna  məlumat 
verirlər. 
Ayaqların,  ayaq  dolaqlarının  və  alt  paltarının  vəziyyəti  vaxtaşırı,  adətən, 
yatmazdan qabaq yoxlanır. 
192.  Günün  nizam  qaydalarına  görə  müəyyən  edilmiş  vaxtda  axşam 
yoxlanışından  qabaq  axşam  gəzintisi  keçirilir.  Gəzintidən  sonra  bölük  növbətçisinin 


«Bölük,  axşam  yoxlanışına  —  DÜZÜL»  komandası  ilə  taqım  komandiri  müavinləri 
(manqa  komandirləri)  öz  bölmələrini  axşam  yoxlanışına  düzürlər.  Bölük  növbətçisi 
bölüyü  düzüb,  başçavuşa  bölüyün  axşam  yoxlanışına  hazır  olması  barədə  məlumat 
verir. 
Bölük başçavuşu və ya onu əvəz edən şəxs «Farağat» komandası verib, yoxlanışa 
başlayır. Yoxlanışın əvvəlində o, Azərbaycan Respublikası  müdafiə nazirinin əmri  ilə 
göstərdikləri  qəhrəmanlıq  üçün  bölüyün  siyahısına  adları  əbədi  yazılanların  adını 
çağırır. 
Bu  adlar  çağırıldıqda  birinci  taqımın  komandirinin  müavini  məlumat  verir: 
«Azərbaycanın Milli Qəhrəmanı (hərbi rütbəsi və soyadı) Vətənin azadlığı uğrundakı 
döyüşlərdə qəhrəmancasına həlak olmuşdur». 
Bundan sonra bölük başçavuşu bölüyün şəxsi heyətini siyahı ilə yoxlayır. Soyadı 
çağırılan  şəxs  «Mən»  cavabını  verir.  Yerində  olmayanların  əvəzinə  manqa  komandiri 
cavab verir, məsələn: «Qarovuldadır», «Məzuniyyətdədir». 
Axşam  yoxlanışı  qurtardıqdan  sonra  bölük  başçavuşu  əmrlərin  bütün  hərbi 
qulluqçulara  aid  olan  maddələrini  və  ayrı-ayrı  sərəncamları  elan  edir,  səhərisi  gün 
üçün naryadları bildirir, həyəcan, toplanış və ya yanğın halları üçün döyüş heyəti təyin 
edir. Müəyyən olunmuş saatda «Yat» siqnalı verilir. 
Dövlət  və  hərbi  hissə  bayramları  günlərində  axşam  yoxlanışından  sonra  şəxsi 
heyət Azərbaycan Respublikasının dövlət himnini oxuyur. 
193.  Bölükdə  səhər  baxışı  və  axşam  yoxlanışı  zamanı  bölük  komandiri  və  ya 
bölüyün  zabitlərindən  biri  olduqda,  bölük  başçavuşu  baxışın  (yoxlanışın)  nəticələri 
barədə ona məlumat verir. 
Səhər baxışından və axşam yoxlanışından sonra bölük növbətçiləri alay (briqada) 
növbətçisinin  yanına  gəlib  ona  baxışda  (yoxlanışda)  olmayanların  sayı  haqqında 
məlumat verir və özbaşına gedənlər varsa, onların soyadlarını bildirirlər. 
194. Alayın (briqadanın) planına uyğun vaxtaşırı olaraq kazarmanın yaxınlığında 
ümumtabor  və  ümumalay  (ümumbriqada)  axşam  yoxlanışları  keçirilir.  Axşam 
yoxlanışının keçirildiyi yer işıqlandırılmalıdır. 
Ümumtabor  yoxlanışlarında  taborun  bütün  zabitləri,  gizirləri  və  müddətindən 
artıq  xidmət  çavuşları,  ümumalay  (ümumbriqada)  yoxlanışlarında  isə  alayın 
(briqadanın)  bütün  zabitləri,  gizirləri  və  müddətindən  artıq  xidmət  çavuşları  iştirak 
etməlidirlər. 
Bölük  komandirləri  siyahı  ilə  bütün  şəxsi  heyəti  adbaad  yoxlayır  və  nəticələri 
barədə tabor komandirinə məlumat verirlər. 
Ümumalay  (ümumbriqada)  yoxlanışında  tabor  komandirləri  alay  (briqada) 
komandirinə yoxlanışın nəticələri barədə məlumat verirlər. 
Ümumtabor və ya ümumalay (ümumbriqada) yoxlanışının sonunda tabor (alay, 
briqada)  komandiri  «Farağat»  komandası  verir  və  «Şəfəq»  çalmağı  əmr  edir. 
Ümumalay  (ümumbriqada)  axşam  yoxlanışında  «Şəfəq»  çalınandan  sonra  orkestr 
Azərbaycan  Respublikasının  Dövlət  Himnini  ifa  edir,  şəxsi  heyət  isə  onu  oxuyur. 


«Şəfəq»  çalınmağa  başlanan  kimi  taqım  və  ondan  yuxarı  bölmələrin  komandirləri 
əllərini baş geyimlərinə yapışdırır və «Şəfəq» çalınıb qurtarandan və yaxud Azərbaycan 
Respublikasının Dövlət Himni ifa ediləndən sonra «Azad» komandası ilə əllərini aşağı 
salırlar. Axırda bölmələr orkestrin sədaları altında təntənəli marşla keçirlər. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin