Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə51/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   47   48   49   50   51   52   53   54   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Binaların qızdırılması 
 
175.  Qızdırılma  dövrünün  başlanğıcı  və  sonu  qarnizon  rəisinin  əmri  ilə  elan 
olunur. Binalar soba ilə qızdırıldıqda qızdırılmanın, yanacağın alınması və verilməsinin 
vaxtı və qaydası alay (briqada) komandiri tərəfindən müəyyən edilir. 
Bütün  qazanxanalar,  mərkəzi  istilik  sistemləri,  sobalar  və  bacalar  qızdırılma 
dövrü başlanana qədər diqqətlə yoxlanılmalı və nasazları təmir edilməlidir. Bacaların 
təmizlənməsi müəyyən edilmiş vaxtlarda həyata keçirilir. 
176.  Sobaların  qalanması  saat  20-dən  gec  olmayaraq  qurtarmalıdır.  Tədris  və 
xidmət  otaqlarında  sobalar  səhər  qalanır  və  məşğələlərin  (işin)  başlanmasına  1  saat 
qalmış başa çatdırılır. Bərk şaxtalı günlərdə və döşəmələr yuyulanda sobalar gündə 2 
dəfə qalanır. 
177.  Qızdırılma  dövründə  sobaların  qalanması  üçün  alay  (briqada)  üzrə  əmrlə 
əsgərlərin  arasından  ocaqçılar  təyin  olunur.  Bu  ocaqçılar  qabaqcadan  öyrədilməli  və 
yanğın  təhlükəsizliyi  qaydaları  ilə  tanış  edilməlidirlər.  Ocaqçılar  məşğələlərdən  azad 
edilmirlər. 
Qızdırılma dövründə ocaqçılar bütün naryadlardan azad edilirlər. 
Bölmələrdə  sobaların  qalanmasına  nəzarət  bölük  başçavuşuna  və  bölük 
növbətçisinə,  alay  (briqada)  qərargahında  isə  alay  (briqada)  qərargahı  növbətçisinə 
həvalə edilir. 
178. Sutkalıq naryada təlimat verərkən onların diqqətini yaşayış və qeyri-yaşayış 
binalarında  sobaların  qalanması  qaydalarına  riayət  edilməsinə,  ciddi  nəzarətin 
zəruriliyinə cəlb etmək lazımdır. 
179. Qışda yaşayış binalarında temperatur +18oS-dən, tibb müəssisələrində +20oS-
dən aşağı olmamalı, qalan yerlərdə isə qəbul edilmiş normalara uyğun olmalıdır. 
Termometrlər  otaqların  daxili  divarlarında,  sobalardan  və  qızdırıcı  cihazlardan 
aralı döşəmədən 1,5 m hündürlükdə asılmalıdır. 
180.  Nasaz  sobalardan  istifadə  etmək,  sobaları  qalamaq  üçün  alışan  mayelər 
işlətmək,  qalanmış  sobaları  nəzarətsiz  qoymaq,  yanacağı  (odunu,  kömürü)  sobanın 


üstündə  və  yanında  qurutmaq,  yaşayış  binalarının  içində  saxlamaq,  həmçinin 
binalarda, dəhlizlərdə və pilləkənlərdə odun yarmaq və doğramaq qadağandır. 
181.  Qızdırılma  dövrünün  sonunda  bütün  sobalar  və  bacalar  mükəmməl 
təmizlənməli,  bölüyün  başçavuşu  və  alayın  (briqadanın)  mənzil-istismar  hissəsinin 
rəisi  tərəfindən  yoxlanmalıdır.  Bundan  sonra  sobaların  qapıcıqları  plomblanır  və  ya 
möhürlənir. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin