Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


IV fəsil. Hərbi qulluqçuların yerləşdirilməsi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə49/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   45   46   47   48   49   50   51   52   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
IV fəsil. Hərbi qulluqçuların yerləşdirilməsi 
 
Ümumi müddəalar 
 
140. Müddətli xidmət hərbi qulluqçuları —  gəmidə olan matros və çavuşlardan 
başqa kazarmalarda yerləşdirilirlər. 
141. Alay (briqada) komandiri alayın (briqadanın) bütün yaşayış və qeyri-yaşayış 
binalarını, həmçinin ərazisini bölmələr arasında bölüşdürür. 
Hərbi şəhərcikdə bir neçə hərbi hissə yerləşirsə, qarnizon rəisi ərazini və binaları 
bu hissələr arasında bölüşdürür. 
142. Hər bir bölüyün yerləşdirilməsi üçün aşağıdakılar nəzərdə tutulmalıdır: 
ictimai-siyasi və mədəni-maarif işlər otağı;  
şəxsi heyətin yataq otağı;  
bölüyün dəftərxana otağı;  


silah saxlama otağı;  
bölüyün əmlakını və hərbi qulluqçuların şəxsi əşyalarını saxlama otağı;  
yuyunma otağı;  
silah təmizləmə otağı (yeri);  
papiros çəkmə və ayaqqabı təmizləmə otağı (yeri);  
məişət xidməti otağı;  
paltar və ayaqqabı qurutma yeri.  
Hər  taborda  tabor  komandiri,  onun  müavinləri,  tabor  qərargahı,  zabitlərin 
məşğələlərə hazırlaşması, müşavirəsi və istirahəti üçün otaqlar ayrılır. 
Alayda (briqadada) məşğələlər aparmaq üçün zəruri siniflər hazırlanır. 
143. Şəxsi heyətin yataq otaqlarında yerləşdirilməsi üçün hər bir hərbi qulluqçuya 
2,5-4 kv.m hesabı ilə sahə ayrılır. 
Bu zaman hər bir nəfərə düşən havanın həcmi 9-12 kub.m-dən az olmamalıdır. 
144.  Gizirlər,  miçmanlar  və  müddətindən  artıq  xidmət  çavuşlarının  ailəliləri 
alayın  (briqadanın)  yerləşdiyi  ərazidən  kənarda,  subaylar  alayın  (briqadanın) 
ərazisindəki  yataqxanalarda  və  ya  kazarmalarda  ayrı  otaqlarda  yerləşdirilirlər.  Alay 
(briqada)  komandirinin  icazəsi  ilə  subaylar,  həmçinin  alayın  (briqadanın)  yerləşdiyi 
yerdən kənarda da yaşaya bilərlər. 
Bölük başçavuşu vəzifəsində olan gizirlər və miçmanlar, həmçinin müddətindən 
artıq xidmət çavuşları (ailəli, ya da subay) alayın (briqadanın) yerləşdiyi ərazidə və ya 
bu ərazinin yaxınlığında yerləşdirilirlər. 
145.  Yeməkxanalarda,  çörəkxanalarda,  çörək  zavodlarında,  qazanxanalarda, 
istehsalat,  yaxud  anbar  binalarında,  klublarda,  parklarda  və  anqarlarda,  həmçinin 
kazarmaların təlim və xidmət otaqlarında heç kəsin yaşamasına icazə verilmir. 
146.  Yataq  otaqlarında  çarpayılar  elə  qoyulur  ki,  hər  bir  çarpayının,  yaxud 
qoşalaşdırılmış çarpayıların yanında dolabçalar üçün, çarpayı cərgələrinin arasında isə 
şəxsi  heyətin  düzülməsi  üçün  boş  yer  qalsın.  Çarpayılar  divardan  50  sm-dən  yaxın 
olmayaraq düz xətt boyunca yerləşdirilməlidir. Çarpayıların hamısı bir cür (standart) 
olmalıdır. 
Yataq otaqlarında çarpayıların yerləşdirilməsi bir və ya iki yaruslu ola bilər. 
147.  Göstərdikləri  igidliklərə  görə  Azərbaycan  Respublikası  müdafiə  nazirinin 
əmri  ilə  bölüyün  (gəminin)  şəxsi  heyətinin  siyahısına  adı  daimi  salınmış  hərbi 
qulluqçular üçün yataq otağında görkəmli yerdə çarpayı qoyulur və həmişə nümunəvi 
halda  saxlanılır.  Çarpayının  üstündə  qəhrəmanın  şəkli  asılır  və  qəhrəmanlığı  təsvir 
olunur. 
148.  Çarpayıyanı  dolabçada  tualet  əşyaları,  yaxalıqlar,  cib  dəsmalları  və  digər 
xırda şəxsi istifadə əşyaları saxlanır. Dolabçada kitab-dəftərlər də saxlanıla bilər. 
149.  Kazarmada  yerləşdirilən  hərbi  qulluqçuların  yatağı  ədyallardan, 
döşəkağlarından, balışüzlərindən, balışlardan və döşəklərdən ibarət olmalıdır. Yataqlar 
eyni  qaydada  yığılmalıdır.  Geyimli  və  ayaqqabılı  yatağa  oturmaq  və  uzanmaq 
qadağandır. 


150.  Şinellər,  yarımkürklər  və  baş  geyimləri  onlar  üçün  ayrılmış  yerlərdə, 
asılqanlarda  saxlanılır.  İş  paltarı  yataq  otaqlarından  kənarda  şkaf  və  rəflərdə,  parad-
bayram  geyimi  isə  əmlak  saxlanma  otağında  şkaflarda  saxlanır.  Hərbi  qulluqçulara 
bütün  geyim  növlərinin  saxlanması  üçün  yer  ayrılır  və  bu  yerinə  üzərinə  hərbi 
qulluqçunun  soyadı  yazılmış  yarlıklar  vurulur.  Hərbi  qulluqçu  yatanda  o,  gündəlik 
geyim  və  qayışını  səliqə  ilə  büküb  kətil  üstünə,  ayaqqabısını  isə  çarpayının  ayaq 
tərəfində  yerə  qoyur. Paltar  və  alt geyimi,  ayaqqabı  lazım  gəldikdə  qurutma  yerində 
qurudulur. 
İçində  müəyyən  edilmiş  predmetlər  olan  arxa  çantaları,  metal  şlemlər  və  fərdi 
mühafizə  vasitələri  (əleyhqazlardan  başqa)  yataq  otağında,  ya  da  başqa  otaqda 
şkaflarda və ya rəflərdə saxlanır. 
151.  Bölmələrdə  olan  atıcı  silahı  və  döyüş  sursatı,  o  cümlədən  təlim  silahı  və 
sursatı pəncərələrinə dəmir şəbəkə vurulmuş ayrıca otaqda saxlanır. Otağın qapısında 
elektrik-səs siqnalizasiyası, gözyeri olmalı, özü də içəri açılmalıdır. 
Pulemyotlar,  avtomatlar,  karabinlər,  tüfənglər  və  əl  qumbaraatanları,  həmçinin 
pulemyotların  ehtiyat  lülələri,  süngü-bıçaqlar  (süngülər)  piramidalarda  tapançalar  və 
döyüş sursatı dəmir, yaxud üstü dəmirlə örtülmüş və qıfıllanan şkaf, ya da yeşiklərdə 
saxlanmalıdır. Piramidalarda qazıma alətləri və əleyhqazlar da saxlanır. Təlim silahları 
və sursatı döyüş silahları və sursatlarından ayrı saxlanır. Ayrıca piramida olmadıqda, 
təlim  və  döyüş  silahlarını  bir  yerdə  saxlamağa  icazə  verilir,  bu  vaxt  təlim  silahı 
saxlanan yer «Təlim silahı» yazısı ilə işarə edilir. Təlim tapançaları bölmənin əsgər və 
çavuşlarının döyüş tapançaları ilə bir yerdə saxlanır. Təlim silahları və patronları döyüş 
silahları və patronları ilə eyni qaydada verilir. 
152.  Silah  yığılmış  piramidalar,  tapança  və  hərbi  sursat  qoyulmuş  şkaflar  və 
yeşiklər,  həmçinin  silah  saxlanan  otaq  bağlanıb  qıfıllanmalı  və  surquçlu  möhürlə 
möhürlənməlidir:  piramidalara  və  otaqlara  bölük  növbətçisinin;  tapançalar  və  döyüş 
sursatı saxlanan şkaf və yeşiklərə bölük başçavuşunun möhürü vurulur. 
Piramidaların və silah saxlanan otaqların, həmçinin əsgər və çavuşların silahları 
saxlanan  şkaf  və  yeşiklərin  açarları  bölük  növbətçisində,  döyüş  sursatı  yeşiklərinin 
açarları isə bölük başçavuşunda olmalıdır. 
Silah  saxlanma  otağında  əmlak  siyahısı  asılır,  bu  siyahıda  otaqda  olan 
piramidaların, şkafların, yeşiklərin, stendlərin, plakatların və otaqdakı digər əşyaların 
miqdarı  göstərilir.  Siyahıda,  həmçinin  yeşiklərin  nömrələri  və  hansı  möhürlə 
möhürləndiyi göstərilir. 
Hər  piramidaya  (şkafa,  yeşiyə)  onun  hansı  bölməyə  mənsub  olduğunu  və  ona 
cavabdeh olan şəxsin hərbi rütbəsini, soyadını, piramidanın (şkafın, yeşiyin) nömrəsini 
və hansı möhürlə möhürləndiyini göstərən yarlık yapışdırılır. 
Hər  piramidanın  (şkafın,  yeşiyin)  içində  onda  saxlanan  silahların  növünü  və 
miqdarını  göstərən  siyahı  asılır.  Piramidanın  (şkafın)  hər  yuvasının  üzərində  burada 
saxlanan  silahın  növü  və  nömrəsi,  əleyhqazın  nömrəsi  və  onların  mənsub  olduğu 
(şəxsin soyadı) göstərilən yarlık yapışdırılır. 


Silah  saxlanma  otağında,  piramidalarda,  şkaflarda  və  yeşiklərdə  olan  bütün 
siyahıları bölük komandiri imzalayır. 
Bir otaqda bir neçə bölmənin silahları və döyüş sursatı saxlanırsa, alay (briqada) 
üzrə  verilən  əmrə  görə  bu  otaqda  saxlanan  silahların  və  döyüş  sursatının 
yerləşdirilməsi, qorunub saxlanması qaydasına məsul olan şəxs təyin olunur və bu şəxs 
də otaqdakı əmlakın siyahısını imzalayır. 
Silahsaxlanma  otaqları  sutkalıq  naryadda  olan  şəxslərin  mühafizəsi  altında 
olmalıdır. 
153. Taborun (alay, briqada qərargahı və xidmətlərinin) zabit və gizirlərinin şəxsi 
silahları  və  onların  patronları  bölüklərin  birində  (alay,  briqada  qərargahında)  dəmir, 
yaxud dəmirlə üzlənmiş və qıfıllanan şkafda saxlanır. Şkafı bölüyün başçavuşu (alay, 
briqada növbətçisi) möhürləməlidir. 
Tabor  zabit  və  gizirlərinin  şəxsi  silahları  saxlanan  şkafın  açarı  bölük 
başçavuşunda,  alay  (briqada)  qərargahı  və  xidmətlərinin  zabit  və  gizirlərinin  şəxsi 
silahları saxlanan şkafın açarı isə alay (briqada) növbətçisində olmalıdır. 
Tapançaların  və  patronların  verilməsi  və  qəbul  qaydasını  alay  (briqada) 
komandiri müəyyən etməlidir. 
154. Qarovullar və növbətçi bölmə üçün olan patronlar dəmir (dəmirlə üzlənmiş), 
qıfıllanmış  və  möhürlənmiş  yeşiklərdə  saxlanır,  hər  yeşyin  açarı  və  möhürü  bölüyün 
başçavuşunda  olur.  Hər  bir  yeşikdə  döyüş  sursatının  miqdarını  göstərən  siyahı 
olmalıdır. Patron olan yeşiklər silah piramidalarının yaxınlığında qoyulmalıdır. 
Ştatında  olmayan  silahlarla  növbə  çəkən  bölmələr  döyüş  sursatını  anbardan 
silahla birlikdə almalıdırlar. 
155. Əlüzyuyanlar hər beş-yeddi nəfərə bir kran (lülə) və hər bölüyə ən azı axar 
suyu  olan  iki  ayaq  vannası  hesabı  ilə  qoyulur.  Emalatxanalarda,  parklarda, 
çörəkxanalarda,  çörək  zavodlarında  və  yeməkxanalarda  bunlardan  əlavə  isti  duş 
olmalı, əlüzyuyanların yanına sabun və əl dəsmalı qoylmalıdır. 
Qızdırılan  binalarda  su  kəməri  olmadıqda,  su  ilə  doldurulan  əlüzyuyanlar 
qoyulmalıdır, onlar da gecə-gündüz su ilə dolu olmalıdır. 
Əlüzyuyanlar  təzə  su  ilə  doldurulmazdan  qabaq  onlarda  qalan  su  boşaldılır, 
əlüzyuyanlar təmizlənir və yığılmış çirkli su bu məqsədlə ayrılmış yerə tökülür. 
156.  Geyimi  və  ayaqqabıları  təmizləmək  üçün  ayrıca,  xüsusi  hazırlanmış  otaq, 
yaxud yer ayrılır. 
Geyim və alt paltarı yalnız camaşırxanada, yaxud bu məqsədlə ayrılmış otaqlarda 
(yerlərdə)  yuyulur.  Geyimi  və  alt  paltarını  kazarmada  yumaq  və  kazarmanın 
yaxınlığında qurutmaq qadağandır. 
Papiros çəkməyə xüsusi ayrılmış və hazırlanmış otaqlarda, yaxud yerlərdə icazə 
verilir. 
157. Məişət xidməti otağı paltar ütüləmək üçün stollarla, güzgülərlə təchiz edilir, 
zəruri  miqdarda  ütü  və  həmçinin  baş  qırxmaq,  paltarın  və  ayaqqabının  xırda  təmiri 
üçün lazımi inventar, alət, cihaz və yamaq materialları ilə təmin olunur. 


158.  Müddətli  xidmət  hərbi  qulluqçuların  bütün  əşya  əmlakında  onların  hərbi 
biletinin nömrəsi yazılır. 
159.  Bölüyün  ərazisindən  kənarda  yaşayan  bütün  hərbi  qulluqçuların  soyadı, 
ünvanı, telefon nömrəsi və hər birinin çağırılma qaydası göstərilən siyahı olmalıdır. Bu 
siyahı  bölüyün  dəftərxanasında  və  bölüyün  növbətçisində  saxlanır.  Alay  (briqada) 
qərargahı  və  xüsusi  bölmələrinin  zabitləri,  gizirlər  və  müddətindən  artıq  xidmət 
çavuşları üçün də belə siyahı tərtib edilməli, bu siyahı alay (briqada) qərargahında və 
alay (briqada) qərargahı növbətçisində olmalıdır. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin