mənqa əsgərlərinə (matroslarına) sıra hazırlığı və fiziki dözümlülük aşılamaq;
tabeliyində olanlara qayğı göstərmək və onların ehtiyaclarını dərindən öyrənmək;
bütün xəstəliklər, tabeliyində olanların şikayətləri və xahişləri, onların nalayiq
hərəkətləri və bu hərəkətlərin qarşısının alınması üzrə görülən tədbirlər, onlara verilən
həvəsləndirmələr və cəzalar haqqında, həmçinin silahların və digər əmlak
predmetlərinin itməsi halları və yaxud nasazlığı haqqında taqım komandiri müavininə
(komanda çavuşuna) məlumat vermək;
tabeliyində olanlardan hərbi intizama
riayət edilməsini tələb etmək;
manqada günün nizam qaydalarına, daxili qayda-qanuna, təmizliyə riayət
edilməsinə, tabeliyində olanların səliqəliliyinə, geyimin və ayaqqabının sazlığına,
ləvazimatın düzgün uyğunlaşdırılmasına, şəxsi gigiyena qaydalarına əməl edilməsinə;
hərbi formanı geymə qaydalarına riayət edilməsinə, həmçinin zahiri görkəminə, üz və
başlarının vaxtında qırxılmasına
diqqət yetirmək;
ayaqqabının və geyimin hər gün təmizlənməsinə, ayaq dolaqlarının, corabların
qurudulmasına, ləvazimatın metal hissələrinin təmizlənməsinə, həmçinin ayaqqabının
və geyimin vaxtında təmir edilməsinə diqqət yetirmək;
atışdan sonra döyüş sursatının və gilizlərin bütün şəxsi heyət tərəfindən təhvil
verilməsini yoxlamaq;
tabeliyində olanlarda döyüş və boş patronların, qumbaraların, partladıcıların və
Dostları ilə paylaş: