Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə46/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   42   43   44   45   46   47   48   49   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Taqım komandiri müavini 
 
133.  Taqım  komandiri  müavini  sülh  və  müharibə  dövründə:  taqımda  daxili 
qayda-qanuna, hərbi intizama, şəxsi heyətin düzgün xidmət etməsinə, hər bir əsgərin 
və  çavuşun  zahiri  görkəminə  cavabdehdir.  O,  taqım  komandirinə,  daxili  xidmət 
qaydasında  isə  bölük  başçavuşuna  tabedir,  taqımın  əsgər  və  çavuşlarının  birbaşa 
rəisidir. 
134. Taqım komandiri müavininin vəzifəsidir: 


taqımın əsgər və çavuşlarına təlim vermək, tərbiyə etmək və taqım komandirinin 
göstərişi ilə onlarla şəxsən məşğələlər aparmaq;  
tabeliyində  olanların  hər  birini  tanımaq;  onların  ad  və  soyadını,  təvəllüdünü, 
şəxsi  keyfiyyətlərini,  hərbi  xidmətə  qədərki  məşğuliyyət  növünü,  ailə  vəziyyətini, 
döyüş və ictimai-siyasi hazırlığındakı müvəffəqiyyət və çatışmazlıqlarını bilmək;  
taqımın  manqa  komandirlərinin  və  bütün  şəxsi  heyətinin  hərbi  intizama  riayət 
etmələrinə və xidməti düzgün yerinə yetirmələrinə diqqət yetirmək;  
taqımın silahlarını, döyüş texnikasını və digər texnikanı, ləvazimatını və əmlakını 
saz saxlamaq, onların yerində olmasına ciddi diqqət yetirmək;  
binanın təmizliyinə qayğı göstərmək; tabeliyində olanlardan yataq ləvazimatını, 
geyim  və  ayaqqabılarını  yaxşı  və  səliqəli  saxlamalarını  tələb  etmək;  taqımın  şəxsi 
heyətinin əşya əmlakının kiçik təmirini vaxtında aparmasına diqqət yetirmək;  
taqımın şəxsi heyətinin səhər baxışını keçirmək;  
tabeliyində  olanların  bütün  xahişləri,  həvəsləndirmə,  eləcə  də  onlara  verilmiş 
cəzalar və onların nalayiq hərəkətləri barəsində taqım komandirinə məlumat vermək;  
tabeliyində olanlara qayğı göstərmək, onların ehtiyaclarını dərindən öyrənmək;  
əsgərləri iş və xidmət naryadına təyin etmək, taqımın naryad vərəqəsini (7 saylı 
əlavə), şəxsi heyətin, silahların, ləvazimatın və əmlakın uçotunu aparmaq;  
tabeliyində olanların harada olduqlarını və nə etdiklərini həmişə bilmək;  
taqım  komandiri  və  yaxud  bölük  başçavuşu  əvəzi  qaldıqda  onların  vəzifələrini 
yerinə yetirmək.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin