Taqım (qrup, qüllə) komandiri
129. Taqım (qrup, qüllə) komandiri sülh və müharibə dövründə: taqımın (qrupun,
qüllənin) döyüşə hazırlığına, şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığına; hərbi
intizamına və mənəvi vəziyyətinə; taqımın (qrupun, qüllənin) silahlarının, döyüş
texnikası və digər texnikasının və əmlakının qorunub saxlanmasına, vəziyyətinə;
taqımın (qrupun, qüllənin) döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməsinə;
taqımda (qrupda, qüllədə) daxili qayda-qanuna riayət edilməsinə cavbdehdir. O, bölük
(döyüş hissəsi) komandirinə tabedir, taqımın (qrupun, qüllənin) bütün şəxsi heyətinin
birbaşa rəisidir.
130. Taqım (qrup, qüllə) komandirinin vəzifəsidir:
taqımın (qrupun, qüllənin) şəxsi heyəti ilə döyüş və ictimai-siyasi hazırlıq
məşğələləri keçirmək, manqa komandirlərinin (komanda çavuşlarının) əsgərlərə
(matroslara) düzgün təlim vermələrini və döyüş tapşırıqları yerinə yetirilərkən, taqıma
(qrupa, qülləyə) bacarıqla komanda vermələrini yoxlamaq; taqımın (qrupun, qüllənin)
döyüş və ictimai-siyasi hazırlığının uçotunu aparmaq;
taqımın (qrupun, qüllənin) şəxsi heyətinin işgüzarlığını, mənəvi keyfiyyətlərini,
həmçinin adını, soyadını və təvəllüdünü, hərbi xidmətə çağırılmamışdan qabaqkı
peşəsini, ailə vəziyyətini, hər bir hərbi qulluqçunan döyüş və ictimai-siyasi hazırlıq
üzrə müvəffəqiyyətlərini və çatışmazlıqlarını bilmək;
taqımın (qrupun, qüllənin) silahlarının, döyüş texnikasının və digər texnikanın
material hissəsini, istifadə edilmə, qorunub-saxlanma qaydalarını bilmək və onların
döyüşə hazırlığını şəxsən yoxlamaq;
tabeliyində olanların məişətinə qayğı göstərmək və onların ehtiyaclarını dərindən
öyrənmək;
taqımın (qrupun, qüllənin) şəxsi heyətinin hərbi intizama riayət etməsinə, zahiri
görkəminə, hərbi formanı geymə qaydalarını yerinə yetirməsinə, ləvazimatın, geyimin
və ayaqqabının əyninə uyğunlaşdırılmasına, şəxsi gigiyena qaydalarına əməl etməsinə
ciddi diqqət yetirmək;
tabeliyində olanların ehtiyacları, həmçinin taqımın (qrupun, qüllənin) əsgərlərinə
(matroslarına), çavuşlarına verilən intizam cəzaları və həvəsləndirmələr haqqındakı
məlumatı bölük (döyüş hissəsi) komandirinin nəzərinə çatdırmaq;
taqımın (qrupun, qüllənin) yuxudan durma və axşam yoxlanışında vaxtaşırı
iştirak etmək;
silahlardan, döyüş texnikasından və digər texnikadan, ləvazimatdan, əşyadan və
başqa əmlakdan düzgün istifadə edilməsinə, onların qorunub saxlanmasına diqqət
yetirmək, iki həftədə bir dəfədən az olmayaraq onları şəxsən yoxlayıb sayını bilmək;
hər dəfə təlim, yaxud məşğələlər üçün silahların, döyüş texnikasının və digər
texnikanın hazırlığını, təlim və məşğələlərdən sonra onların sayını və vəziyyətini
yoxlamaq;
məşğələlər, təlimlər, atışlar zamanı, həmçinin texnika və silahlarla işləyərkən
təhlükəsizlik tədbirləri qaydalarına əməl edilməsini tələb etmək.
|