bölükdə kütləvi idman işləri aparmaq;
bölükdə daxili qayda-qanuna və hərbi intizama riayət edilməsini təmin etmək;
sutkalıq naryadın hazırlanmasında iştirak etmək və onun xidməti vəzifələrini yerinə
yetirməsini yoxlamaq;
bölüyə təhkim olunmuş ərazi sahəsində təmizliyə və şəxsi heyətin yanğına qarşı
tədbirlərin yerinə yetirməsinə nəzarət etmək;
bölükdə yuxudan durma və axşam yoxlanışında vaxtaşırı iştirak etmək;
silahların, döyüş texnikasının və digər texnikanın məşğələlər və təlimlər üçün
hazırlanmasında iştirak etmək, qəza və sınıb-qırılma hallarının qarşısını alan tədbirlər
görmək;
bölüyün şəxsi heyətindən hərbi formanı geymə qaydalarına riayət edilməsini
tələb etmək;
bölükdə olan və ya ona təhkim edilmiş maddi-tədris bazası obyektlərindən, tədris
vasitələrindən, cihazlardan, avadanlıqdan düzgün istifadə edilməsini və onların
qorunub saxlanmasını təşkil etmək.
Dostları ilə paylaş: