komandirlərin (rəislərin) əmr və sərəncamlarını sözsüz, dəqiq və tez yerinə
yetirmək;
igid və intizamlı olmaq; nalayiq hərəkətlər etməmək və yoldaşlarını da belə
hərəkətlərdən çəkindirmək;
hərbi sirri və dövlət sirrini ciddi saxlamaq;
komandirlərə (rəislərə) və böyüklərə hörmət göstərmək, hərbi nəzakət, davranış
və əsgəri salamlaşma qaydalarına ciddi riayət etmək;
öz silahını, döyüş texnikasını və digər texnikanı mükəmməl bilmək; həmişə saz,
təmiz və döyüşə hazır saxlamaq;
diviziya (gəmilər briqadası) komandiri də daxil olmaqla, özünün birbaşa
rəislərinin vəzifəsini, hərbi rütbəsini və soyadını bilmək;
dövlət əmlakını qorumaq, geyimini və ayaqqabısını ehtiyatla geymək, onları
vaxtında və səliqə ilə təmir etmək, hər gün təmizləmək və göstərilən yerdə saxlamaq;
şəxsi və ictimai gigiyena qaydalarına riayət etmək;
silahla, döyüş texnikası və digər texnika ilə işləyəndə və başqa hallarda
təhlükəsizlik tədbirlərinə, həmçinin yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
hissənin (bölmənin) yerləşdiyi ərazidən kənara çıxmaq zərurəti olduqda, bunun
üçün manqa komandirindən icazə almaq və qayıtdıqdan sonra ona bu barədə məlumat
vermək;
həmişə forma üzrə və səliqəli geyinmək;
hissədən kənarda özünü şərəfli və ləyaqətli aparmaq, ictimai asayişi pozmamaq
və əhaliyə qarşı nalayiq hərəkətlərə yol verməmək.
139. Vəzifə borclarını nümunəvi yerinə yetirən, döyüş hazırlığında müvəffəqiyyət
qazanan sıravi əsgərə baş əsgər, matrosa isə baş matros hərbi rütbəsi verilə bilər.
Əsgərlərin (matrosların) təlim və tərbiyəsində manqa komandirinə kömək etmək
baş əsgərin (baş matrosun) vəzifəsidir.
Dostları ilə paylaş: