Binaların saxlanması
160. Alayın (briqadanın) bütün yaşayış, qeyri-yaşayış binaları və otaqları,
həmçinin ərazisi həmişə təmiz və qaydasında saxlanılmalıdır. Hər bir rəis binalardan
və otaqlardan düzgün istifadə edilməsinə, avadanlığın, inventarın və mebelin qorunub
saxlanmasına cavabdehdir.
Bütün otaqlar və binaların fasadları müəyyən edilmiş boyalarla rənglənməlidir.
161. Bütün otaqlar nömrələnməlidir. Hər bir otağın giriş qapısının bayır tərəfində
vurulan lövhədə otağın nömrəsi və təyinatı (8 saylı əlavə), hər bir otağın içində isə
otaqdakı əmlakın (mebel, inventar və avadanlığın) siyahısı olmalıdır.
Otağın mebeli, inventarı və bütün avadanlığı nömrələnir və bölük
dəftərxanasında saxlanan uçot kitabına salınır.
162. Mebel, inventar və avadanlıq otağın ləvazimatıdır və alay (briqada)
komandirinin icazəsi olmadan bir bölmədən digərinə aparıla bilməz. Mebeli, inventarı
və avadanlığı bir hərbi şəhərcikdən digərinə daşıyıb aparmaq qadağandır.
163. Şəxsi heyətin yataq otaqlarında və ya başqa otaqlarda görünən yerdə xüsusi
lövhələrdə günün nizam qaydaları, məşğələlər cədvəli, naryad vərəqələri, əmlakın
siyahısı və lazımi təlimatlar asılmalıdır.
164. Binaların (otaqların) divarlarından asılan şəkillər və portretlər çərçivədə
olmalı, plakatlar və digər əyani vəsaitlər isə tamasalarda asılmalıdır. Pəncərələrə bir
rəngdə səliqəli pərdələr asmağa icazə verilir.
Şəhər küçələrinə baxan aşağı mərtəbələrin pəncərə şüşələri lazımi hündürlükdə
tutqun olmalı, yaxud ağ rənglə boyanmalıdır.
165. Su kəmərləri olan bütün binalarda su içmək üçün kiçik fəvvarələr
quraşdırılır, su kəməri olmayan binalarda isə ağzı qıfıllanan kranlı (lüləli) içməli su
bakı qoyulur. Bu baklar hər gün bölük növbətçisinin nəzarəti altında yoxlanılır, təzə,
içməli su ilə doldurulur. Bakların açarları bölük növbətçisində saxlanılır.
166. Bütün binalar lazımi miqdarda zibil qabları, papiros çəkmə yerləri isə su
tökülmüş zibil qabları ilə təmin edilir.
Binaların giriş qapılarının ağzında ayaqqabıları palçıqdan təmizləmək üçün
qurğular və zibil qabları olmalıdır.
167. Hər gün otağın təmizlənməsi bölük növbətçisinin müşahidəsi altında növbəti
süpürgəçilər tərəfindən aparılır. Bu süpürgəçilər məşğələlərdən azad edilmirlər.
Növbəti süpürgəçilərin vəzifəsidir: çarpayıların və dolabçaların altını, çarpayı
cərgələri arasındakı keçidləri süpürüb təmizləmək, lazım gələrsə döşəməni yaş əsgi və
yaxud şotka ilə silmək; yığılan zibili xüsusi ayrılmış yerə aparıb tökmək; qapı-
pəncərələrin, piramidaların, şkafların, yeşiklərin, asılqanların, sobaların və digər
predmetlərin tozunu almaq; hər axşam əlüzyuyanları su ilə doldurmaq; zibil qablarını
boşaldıb, onları su və yaxud yağsızlaşdırıcı mayelərlə doldurmaq.
Məşğələlər zamanı otaqlarda təmizliyin təmin olunması gün növbətçilərinə
həvalə edilir.
168. Gündəlik təmizləmə işindən başqa, həftədə bir dəfə bölük başçavuşunun
rəhbərliyi altında bütün otaqlarda ümumi təmizləmə işləri aparılır. Ümumi təmizləmə
vaxtı bütün yataq ləvazimatı (döşəklər, balışlar və ədyallar) həyətə çıxarılır, çırpılır və
havaya verilir. Döşəməni mastika ilə sürtməzdən əvvəl o zibildən təmizlənir və yaş
əsgi ilə silinir.
Əgər döşəmə mastika ilə sürtülməyirsə, o həftədə bir dəfədən az olmayaraq
yuyulmalıdır. Döşəməni üstünə su axıtmaqla yumaq, həmçinin asfalt döşəməni
mineral yağlar və neft məhsulları ilə sürtüb təmizləmək qadağandır.
169. Yeməkxanalarda, çörəkxanalarda və çörək zavodlarında olan bütün
avadanlıq və inventar təmiz və qaydasında saxlanılmalıdır; qab-qacaq yeməkdən sonra
təmizlənməli, təmiz yuyulmalı və üstünə qaynar su tökülməli, qurudulmalı, rəflərdə və
ya xüsusi şkaflarda saxlanılmalıdır.
170. Binaların bacaları qışda bağlanmalı, yayda açılmalı və xüsusi şəbəkələrlə
mühafizə olunmalıdır.
Çardaqlar və qurutma yerləri qıfılla bağlanır və açarları bu otaqların
saxlanmasına məsuliyyət daşıyan bölmənin növbətçisində saxlanılır.
171. Ayaqyolularında hər 10-12 adama bir unitazlı (deşikli) kabinə və bir pissuar
hazırlanır. Onlar təmiz saxlanmalı, vaxtında dezinfeksiya edilməli, yaxşı ventilyasiya
olunmalı və işıqlandırılmalıdır. Ayaqyoluların saxlanmasına nəzarət bölük
başçavuşuna, sanitar təlimatçılarına və bölük növbətçilərinə həvalə edilir.
Su buraxmayan kürünən quyuları olan bayır ayaqyoluları yaşayış binalarından,
yeməkxanalardan və çörəkxanalardan (çörək zavodlarından) 75m-dən yaxın olmayaraq
tikilir. Gecələr ayaqyoluna gedən yollar işıqlandırılmalıdır. Havalar soyuq olanda
lazım gələrsə gecələr xüsusi ayrılmış otaqlarda pissuarlar qoyulur.
172. Ayaqyoluların kürünən quyuları vaxtında təmizlənməli və dezinfeksiya
edilməli, hərbi hissə təlim mərkəzinə (düşərgəyə) getdikdə isə istifadə üçün
saxlanılanlar istisna edilməklə digərləri ötürülüb bağlanmalıdır.
173. Mənzil-istismar və müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan bina
və otaqların yenidən planlaşdırılıb dəyişdirilməsi və mövcud tikililərin sökülüb
yerində başqalarının tikilməsi, daxili elektrik, rabitə xətlərinin siqnalizasiyasının
çəkilməsi və televiziya antennasının keçirilməsi, həmçinin müvəqqəti sobaların
qoyulması və yenilərinin tikilməsi qadağandır.
6
Elektrik enerjisi, qaz təchizatı və mərkəzi istilik şəbəkələrinin və avadanlıqlarının
təmiri işlərinə xüsusi hazırlığı və bu işi görməyə icazəsi olmayan şəxslərin buraxılması
qadağandır.
Kazarma binalarında sırada ayaq-ayağa getmək qadağandır.
174. Alayın (briqadanın) yerləşdiyi rayon, hərbi şəhərciyin ərazisi və ona bitişik
küçələr yaşıllaşdırılmalı, təmiz və qaydasında saxlanmalı, qaranlıq vaxtı
işıqlandırılmalıdır. Hərbi şəhərciyin ərazisi hasara alınır.
Alayın (briqadanın) yerləşdiyi rayon təmizlənmək üçün bölmələr arasında
sahələrə ayrılır. Zibil qapaqla bağlanan konteynerlərə yığılır və daşınır.
Dostları ilə paylaş: |