döyüşə və səfərbərliyə hazırlığına; tabeliyində olan şəxsi heyətin döyüş və ictimai-
siyasi hazırlığına, tərbiyəsinə, hərbi intizamına və mənəvi vəziyyətinə cavabdehdir. O,
alay (briqada) komandirinin texniki hissə üzrə müavininə tabedir, avtomobil xidməti
şəxsi heyətinin birbaşa rəisidir.
101. Alayın (briqadanın) avtomobil xidməti rəisinin vəzifəsidir:
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib
hazırlanmasında iştirak etmək və öz ixtisası üzrə onların yerinə yetirilməsini təşkil
etmək;
alay (briqada) şəxsi heyətinin avtomobil hazırlığına rəhbərlik etmək, zabitlər və
gizirlərlə öz ixtisası üzrə məşğələlər keçirmək;
avtomobil xidməti şəxsi heyətinin işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək;
maşınların döyüş hazırlığına gətirilməsi və müəyyən edilmiş müddətlərdə
parklardan çıxarılması tədbirlərini işləyib hazırlamaq
və həyata keçirmək;
alayda (briqadada) olan avtomobil texnikasının sayını və vəziyyətini bilmək;
onun texniki cəhətdən düzgün istifadə edilməsini, ona vaxtında qulluq edilməsini,
onun saxlanmasını, təmirini və təxliyəsini təşkil etmək; maşınların xidmət müddətinin
artırılması üçün tədbirlər görmək və iki ayda bir dəfədən az olmayaraq, maşınların
texniki vəziyyətini yoxlamaq;
alaya (briqadaya) gətirilən və alaydan (briqadadan) aparılan avtomobil
texnikasını yoxlamaq;
avtomobil texnikasının istismarını planlaşdırmaq və avtomobillərin istifadə
edilməsi üçün naryadlar hazırlamaq;
park avadanlığının və avtomobil hazırlığı üzrə maddi-tədris bazasının
təkmilləşdirilməsi işlərinə rəhbərlik etmək; parkda
daxili qayda-qanunu yoxlamaq;
avtomobil texnikası ilə baş verən hadisələrin səbəblərini aşkarlamaq və
öyrənmək; alayda (briqadada) avtomobil texnikası avariyalarının, qəzalarının və
sınması hallarının qarşısının alınması tədbirlərini işləyib hazırlamaq və görmək;
avtomobil texnikasının qulluğu, təmiri və təxliyəsi zamanı, həmçinin parklarda
və maşınlarda yanğına qarşı tədbirlər görərkən, təhlükəsizlik qaydalarına riayət
edilməsini təmin etmək;
avtomobil texnikasını və əmlakını vaxtında tələb etmək və almaq, onların alay
(briqada) bölmələrində və anbarlarında düzgün saxlanılmasını təmin etmək; xidmət
üzrə uçot və hesabat aparmaq.
Dostları ilə paylaş: