92. Maliyyə xidməti rəisi alayın (briqadanın) maliyyə təsərrüfatının vəziyyətinə
cavabdehdir. O, alay (briqada) komandirinə tabedir.
93. Alayın (briqadanın) maliyyə xidməti rəisinin vəzifəsidir:
alayın (briqadanın) maliyyə təsərrüfatını təşkil etmək və şəxsi heyətin pul
təminatını vaxtında ödəmək;
pul vəsaitini vaxtında sifariş etmək, maliyyə təsərrüfatının uçot və hesabat işini
aparmaq; təhtəlhesab şəxslərin hesabatını yoxlamaq;
pul qutusundakı nəğd pul məbləğini və qiymətli kağızları hər gün uçot
göstəricilərinə görə yoxlamaq.
Dostları ilə paylaş: