Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]
Alayın (briqadanın) fiziki hazırlıq və idman rəisi 90. Fiziki hazırlıq və idman rəisi alayda (briqadada) fiziki hazırlıq və idmanın
təşkilinə cavabdehdir. O, alay (briqada) komandirinə tabedir.
91. Alayın (briqadanın) fiziki hazırlıq və idman rəisinin vəzifəsidir:
alayın (briqadanın) fiziki hazırlıq və idman üzrə döyüş və ictimai-siyasi hazırlıq
planının işlənib hazırlanmasında iştirak etmək və onun yerinə yetirilməsini təşkil
etmək;
fiziki hazırlıq və idman üzrə nümunəvi, təlim-metodiki məşğələlər təşkil etmək
və aparmaq;
alay (briqada) bölmələrində fiziki hazırlıq və idman tədbirlərinə gündəlik nəzarət
etmək və şəxsi heyətin fiziki inkişafına diqqət yetirmək;
alay (briqada) bölmələri komandirlərinə fiziki hazırlıq və idman məşğələlərinin
təşkili və keçirilmə metodikası üzrə yardım göstərmək;
alay (briqada) zabitləri ilə fiziki hazırlıq məşğələləri aparmaq;
alayın (briqadanın) idman tədbirləri planını işləyib hazırlamaq, alayda
(briqadada) idman yarışları təşkil etmək və aparmaq, alay (briqada) idman
komandalarına namizədlər seçib, onların məşqlərinə başçılıq etmək;
alayın (briqadanın) tibb xidməti rəisi ilə birlikdə alay (briqada) şəxsi heyətinin
fiziki inkişafının və səhhətinin yaxşılaşdırılması, fiziki hazırlıq və idman məşqlərində
travmatizmin qarşısının alınması üzrə tədbirlər planını işləyib hazırlamaq və onun
həyata keçirilməsində iştirak etmək;
alayda (briqadada) idman qurğularının tikilməsinə rəhbərlik etmək;
alay (briqada) bölmələrinin idman ləvazimatı ilə vaxtında təmin olunması üçün
tədbir görmək, onların qorunub saxlanmasına və təmirinə diqqət yetirmək;
alay (briqada) şəxsi heyətinə idman rütbələri, dərəcələri, hakim dərəcələri
verilməsi və hərbi qulluqçuların idman döş nişanları ilə mükafatlandırılması üçün
sənədlər tərtib etmək; alayda (briqadada) fiziki və idman hazırlığı nəticələrinin
uçotunu aparmaq.