Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Alayın (briqadanın) radiasiya, kimyəvi və bakterioloji mühafizə xidməti rəisi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə21/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   17   18   19   20   21   22   23   24   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Alayın (briqadanın) radiasiya, kimyəvi və bakterioloji mühafizə xidməti rəisi 
 
84. Alayın (briqadanın) radiasiya, kimyəvi və bakterioloji mühafizə xidməti rəisi 
sülh  və  müharibə  dövründə:  alayın  (briqadanın)  radiasiya,  kimyəvi  və  bakterioloji 
mühafizə  təminatının  təşkilinə;  alay  (briqada)  şəxsi  heyətinin  öz  ixtisası  üzrə 
hazırlığına; alayın (briqadanın) radiasiya, kimyəvi və bakterioloji mühafizə silahları və 
mühafizə  vasitələri  ilə  təmin  edilməsinə,  onlardan  düzgün  istifadə  edilməsinə  və 
həmişə  saz  saxlanmasına;  alayda  (briqadada)  radiasiya,  kimyəvi  və  bakterioloji 
mühafizə  bölməsinin  döyüşə  və  səfərbərliyə  hazırlığına,  bölmənin  şəxsi  heyətinin 
döyüş  və  ictimai-siyasi  hazırlığına,  tərbiyəsinə,  hərbi  intizamına,  mənəvi  vəziyyətinə 
cavabdehdir.  O,  alay  (briqada)  komandirinə  tabedir,  alayın  (briqadanın)  radiasiya, 
kimyəvi və bakterioloji mühafizə bölməsi şəxsi heyətinin birbaşa rəisidir. 
85.  Alayın  (briqadanın)  radiasiya,  kimyəvi  və  bakterioloji  mühafizə  xidməti 
rəisinin vəzifəsidir: 
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib 
hazırlanmasında  iştirak  etmək  və  öz  ixtisası  üzrə  onların  yerinə  yetirilməsini  təşkil 
etmək;  
alayın (briqadanın) zabitləri və gizirləri ilə alayın (briqadanın) radiasiya, kimyəvi 
və  bakterioloji  mühafizə  təminatı  silahları  və  mühafizə  vasitələrinin  qorunub 


saxlanması üzrə məşğələlər, həmçinin alayın (briqadanın) bölmələri ilə öz ixtisası üzrə 
yoxlama məşğələləri aparmaq;  
alayın  (briqadanın)  radiasiya,  kimyəvi  və  bakterioloji  mühafizə  bölməsi  şəxsi 
heyətinin  döyüş  və  ictimai-siyasi  hazırlığına  rəhbərlik  etmək,  radiasiya,  kimyəvi  və 
bakterioloji mühafizə təlimatçılarını öz ixtisası üzrə hazırlamaq;  
bilavasitə  tabeliyində  olan  bölmənin  şəxsi  heyətinin  işgüzarlıq  və  mənəvi 
keyfiyyətlərini bilmək;  
ixtisas  hazırlığı  üzrə  praktiki  məşğələlərdə  təhlükəsizlik  tədbirlərinə  riayət 
olunmasını təmin etmək;  
radiasiya,  kimyəvi  və  bakterioloji  mühafizə  silahlarından  və  mühafizə 
vasitələrindən  düzgün  istifadə  edilməsini,  onların  qorunub  saxlanmasını,  bölmələrə 
verilməsini və uçotunu təşkil etmək; bu vasitələrin üç ayda bir dəfədən az olmayaraq 
sayını, vəziyyətini, alayın (briqadanın) bölmələrində və anbarında saxlanılma şəraitini 
yoxlamaq;  
radiasiya, kimyəvi və bakterioloji mühafizə silahlarının və mühafizə vasitələrinin 
təmirini təşkil etmək, onun vaxtında və keyfiyyətlə aparılmasına nəzarət etmək; təmiri 
mümkün olmayan radiasiya, kimyəvi və bakterioloji mühafizə silahlarını və mühafizə 
vasitələrini vaxtında təmir emalatxanalarına təhvil vermək;  
maddi-tədris bazasının öz ixtisası üzrə hazırlanmasına rəhbərlik etmək;  
alaya (briqadaya) gətirilən və oradan aparılan radiasiya, kimyəvi və bakterioloji 
mühafizə silahlarını və mühafizə vasitələrini nəzərdən keçirmək;  
radiasiya,  kimyəvi  və  bakterioloji  mühafizə  silahlarını  və  mühafizə  vasitələrini 
almağa vaxtında sifarişlər vermək;  
radiasiya,  kimyəvi  və  bakterioloji  mühafizə  bölməsində  və  alayın  (briqadanın) 
anbarında radiasiya, kimyəvi və bakterioloji mühafizə silahları və mühafizə vasitələri 
saxlanılanda yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin