Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Alayın (briqadanın) mühəndis xidməti rəisi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə20/124
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57043
1   ...   16   17   18   19   20   21   22   23   ...   124
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Alayın (briqadanın) mühəndis xidməti rəisi 
 
82.  Alayın  (briqadanın)  mühəndis  xidməti  rəisi  sülh  və  müharibə  dövründə: 
alayın  (briqadanın)  mühəndis  təminatının  təşkilinə;  alay  (briqada)  şəxsi  heyətinin  öz 
ixtisası  üzrə  hazırlığına;  alayın  (briqadanın)  mühəndis  silahları  vasitələri  ilə  təmin 
edilməsinə,  onlardan  düzgün  istifadə  edilməsinə  və  həmişə  saz  saxlanmasına;  alayın 
(briqadanın) mühəndis-istehkam bölmələrinin döyüşə və səfərbərliyə hazırlığına və bu 
bölmələrin  şəxsi  heyətinin  döyüş  və  ictimai-siyasi  hazırlığına,  tərbiyəsinə,  hərbi 
intizamına,  mənəvi  vəziyyətinə  cavabdehdir.  O,  alay  (briqada)  komandirinə  tabedir, 
alayın (briqadanın) mühəndis-istehkam bölməsinin şəxsi heyətinin birbaşa rəisidir. 
83. Alayın (briqadanın) mühəndis xidməti rəisinin vəzifəsidir: 
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib 
hazırlanmasında  iştirak  etmək  və  öz  ixtisası  üzrə  onların  yerinə  yetirilməsini  təşkil 
etmək;  
alayın (briqadanın) zabitləri və gizirləri ilə mühəndis hazırlığı, mühəndis silahları 
vasitələrindən istifadə edilməsi, qorunub saxlanması üzrə məşğələlər, həmçinin alayın 
(briqadanın) bölmələri ilə öz ixtisası üzrə yoxlama məşğələləri aparmaq;  
alayın  (briqadanın)  mühəndis-istehkam  bölməsinin  döyüş  və  ictimai-siyasi 
hazırlığına rəhbərlik etmək;  


bilavasitə  tabeliyində  olan  bölmənin  şəxsi  heyətinin  işgüzarlıq  və  mənəvi 
keyfiyyətlərini bilmək;  
alay  (briqada)  bölmələrində  və  anbarlarında  olan  mühəndis  silahları 
vasitələrindən  düzgün  istifadə  edilməsinə  və  saxlanmasına  diqqət  yetirmək,  üç  ayda 
bir dəfədən az olmayaraq, onların sayına və vəziyyətinə şəxsən baxış keçirmək;  
alayda  (briqadada)  mühəndis  silahları  vasitələrinin  təmirini  təşkil  etmək,  onun 
vaxtında və keyfiyyətlə aparılmasına nəzarət etmək; təmiri mümkün olmayan vasitələri 
vaxtlı-vaxtında təmir emalatxanalarına göndərmək;  
maddi-tədris bazasının öz ixtisası üzrə hazırlanmasına rəhbərlik etmək;  
alaya  (briqadaya)  gətirilən  və  oradan  aparılan  mühəndis  silahları  vasitələrini 
nəzərdən  keçirmək;  onların  uçotunu,  qorunub  saxlanmasını  və  bölmələrə  verilməsini 
təşkil etmək;  
mühəndis silahları vasitələrini almağa vaxtında sifarişlər vermək;  
mühəndis-istehkam bölmələrində və alay (briqada) anbarında mühəndis silahları 
vasitələrinin  saxlanılmasında  yanğın  təhlükəsizliyi  qaydalarına  riayət  edilməsinə 
nəzarət etmək;  
döyüş sursatı, partlayıcı maddələr və partlayış vasitələri ilə işləyərkən, həmçinin 
atışlar, təlimlər, məşğələlər zamanı texnika və silahlardan istifadə edərkən, tabeliyində 
olanları təhlükəsizlik tədbirləri ilə vaxtında tanış etmək və onların yerinə yetirilməsini 
ciddi tələb etmək.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin