şəxsi heyətin, silahların, döyüş texnikasının və digər texnikanın, cihazların
istismarı, təmiri, xidmət edilməsi və qorunması qaydalarını bilməsini müntəzəm
yoxlamaq;
bilavasitə tabeliyində olan bölmələrin və xidmətlərin zabit, gizir və çavuşlarının
işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək;
silahların, döyüş texnikasının və digər texnikanın, cihazların işə hazırlığı və
istismarı zamanı təhükəsizliyi təmin edən tədbirlər işləyib hazırlamaq və həyata
keçirmək; silahların, döyüş texnikasının və digər texnikanın, cihazların qəzaya
uğraması hallarının, qırılmasının və nasazlığının səbəblərini aşkarlamaq və təhlil
etmək, bu halların qarşısının vaxtında alınması və aradan qaldırılması istiqamətində
tədbirlər görmək; yanğına qarşı tədbirlər həyata keçirmək;
alayda (briqadada) silahların, döyüş texnikasının və digər texnikanın, cihazların
sayını və texniki vəziyyətini bilmək, onların istismara düzgün hazırlanmasını
müntəzəm yoxlamaq; üç ayda bir dəfədən az olmayaraq bölmələrdə və anbarlarda
silahların, döyüş texnikasının və digər texnikanın, cihazların vəziyyətini, saxlanmasını,
qorunmasını və uçotunun düzgün aparılmasını yoxlamaq;
alayın (briqadanın) öz vasitələri ilə silahların, döyüş texnikasının və digər
texnikanın, cihazların təmirini təşkil etmək, təmir işinin vaxtında və keyfiyyətlə
aparılmasına nəzarət etmək, həmçinin alayda (briqadada) təmir edilə bilinməyən
silahları, döyüş texnikasını və digər texnikanı, cihazları təmir olunmaq üçün başqa yerə
göndərmək;
alayın (briqadanın) bölmələrini silahlarla, döyüş texnikası və digər texnika ilə,
cihazlarla təmin etmək; çatışmayan silahları, ehtiyat hissələrini, avadanlığı, nəzarət-
ölçü aparatlarını, xidmət, təmir və başqa maddi vasitələri vaxtında tələb etmək, onların
alınmasını, istifadəsini, saxlanmasını və bölmələrə verilməsini təşkil etmək;
müəyyən edilmiş uçotu və hesabatı təşkil etmək və onlara nəzarət etmək.
Dostları ilə paylaş: