MUHAZİRƏ 4
4.1. Açıq sistemlərin qarşılıqlı əlaqə modeli
(Open system interconnection)-OSİ haqqında məlumat
Açıq sistemlərin qarşılıqlı əlaqəsi ─ müxtəlif istehsalçılar tərəfindən açıq
arxitektura ilə hazırlanan sistemlərin uyuşqanlığını və ya birgəliyini təmin edən
qaydaların məcmuyudur.
1980-ci illərin əvvəllərində Standartlaşdırma Üzrə Beynəlxalq Təşkilat hamı
tərəfindən qəbul edilən beynəlxalq standartların tələblərini əsas götürməklə
hazırlanan aparat, proqram məmulatları və texnologiyalardan ibarət hesablama
mühiti olan açıq sistemlərin qarşılıqlı əlaqəsini təmin edən etalon model - OSI-ni
təklif etmişdir. Bu model şəbəkə sisteminin müxtəlif səviyyələrini (7 səviyyəni) və
onların kommunikasiya paketləri ilə bağlı qarşılıqlı əlaqələrini müəyyən edir. Bu
modeldə həmin səviyyələrin hər birinə standart adlar verilir və onların ayrılıqda hər
birinin yerinə yetirdiyi funksiyalar şərh edilir. OSI modeli