Tətbiqi səviyyə - informasiyanın ötürüməsinin tətbiqi proqram təminatına
cavabdehlik daşıyır. OSİ modelinin ən yuxarı səviyyəsi olan tətbiqi səviyyə şəbəkə
ilə istifadəçi əlavələri (tətbiqi proqramları) arasında qarşılıqlı əlaqələri təmin edir.
Başqa sözlə, bu səviyyə aşağıdakıları təmin edir:
* əlavələrə şəbəkə xidmətlərindən istifadəyə, fayllara və verilənlər bazalarına
məsafədən müraciətə, informasiyanın elektron poçtla ötürülməsinə imkan verir;
* xidməti informasiyanın ötürülməsinə cavab verir;
* əlavələrə səhvlər haqqında informasiya təqdim edir;
* təqdimat səviyyəsinə sorğular formalaşdırır.
Bu səviyyədə protokollar yığımı istifadəçilərə müxtəlif şəbəkə resurslarına,
fayllara, çap ğurğusu və Web-səhifəsində müxtəlif mətnlərə, eləcə də elektron poçt
protokollarına müraciətlərin (xidmətlərin) icazəsini təşkil edir. Tətbiqi səviyyə
protokollarına nümunə kimi tətbiqi səviyyənin xidmət protokolunu (FTP), dünya
hörümçək torunun protokolunu (HTTP) hipermətnlərin ötürülməsi üçün istifadə
edilir, verilənlərə uzaqdan müraciət protokolunu (Tel net), elektron poçtlarına
xıdmət protokolunu (POP), poçtları ötürən sadə protokolları (SMTP) və s.
göstərmək olar. Göstərilən bu 7 səviyyə müxtəlif məsafələrdə yerləşən
kompyuterlər arasında verilənlərin modelindən istifadə etməklə verilənlər
mübadiləsinin həyata keçirilmə prinsipini göstərir. Verilənlərin mübadiləsini
həyata keçirən proqram və aparat elementlərinin qarşılıqlı əlaqəsini təmin etmək
üçün, əsasən protokol və interfeysdən istifadə olunur. Burada protokol dedikdə
eyni adlı səviyyələrdə olan obyektlərin qarşılıqlı əlaqə qaydaları və obyektlər
arasında bloklarla verilənlərinin təminatını yerinə yetirən vasitələr başa düşülür.
Misal olaraq OSI tərəfindən qəbul edilmiş yüksəksəviyyəli verilənlərin
ötürülməsinə nəzarət sistemini göstərmək olar. İnterfeys qonşu səviyyələr arasında
qarşılıqlı əlaqə prosedurlarını idarə edən və həyata keçirmək üçün istifadə edilən
proqram-aparat kompleksidir. Belə interfeyslərə misal olaraq X.25-i göstərmək
olar. Bu interfeysin köməyi ilə ümumi istifadə olunan verilənlərin şəbəkəyə
ötürülməsi və qoşulması təmin edilir. Protokolların təlimatlarında verilənlərin son
avadanlıqlarla qarşılıqlı əlaqə ardıcıllığı göstərilir