Təqdimat səviyyəsi protokolların dəyişdirilməsini (çevrilməsini), verilənlərin
kodlaşdırılmasını və dekodlaşdırılmasını təmin edir. Tətbiq səviyyəsindən alınan
sorğular təqdimat səviyyəsində səbəkə üzrə ötürmə üçün zəruri olan formata
çevrilir, şəbəkədən alınan verilənlər isə əlavələrin (uyğun proqramların) formatına
çevrilir. OSİ modelinin təqdimat səviyyəsində verilənlərin sıxılması və sıxılmadan
azad edilməsi, kodlaşdırılması və dekodlaşdırılması, həmçinin, lokal işlənməsi
mümkün olmayan sorğuların digər şəbəkə resurslarına yönəldilməsi həyata
keçirilir. Təqdimatlar səviyyəsi, adətən, qonşu səviyyələrdən informasiyanı
çevirmək üçün zəruri olan aralıq protokollar təqdim edir. Bu fərqli kompyuter
sistemlərində əlavələr arasında onlar üçün şəffaf olan mübadiləni həyata keçirməyə
imkan verir. Təqdimatlar səviyyəsi kodun formatlaşdırılmasını və çevrilməsini
təmin edir. Kodun formatlaşdırılması əlavələrə emal üçün daxil olan
informasiyanın həmin əlavələr üçün mənasının olmasına təminat verməkdən ötrü
istifadə edilir. Bu səviyyə zəruri olan hallarda verilənləri bir formatdan digər
formata çevirə bilir. Təqdimatlar səviyyəsi proqramlarda istifadə edilən
verilənlərin formatlarından başqa həm də verilənlərin strukturu ilə də məşğul olür.
Beləliklə aydın olur ki, OSI modelində altıncı səviyyə olan təqdimatlar səviyyəsi
verilənlərin ötürülməsi zamanı onların təşkil edilməsini də təmin edir. Bu məsələni
daha ətraflı izah etmək üçün aşağıdakı məsələni nəzərdən keçirək. Tutaq ki, iki
sistem mövcuddur. Verilənlərin təqdim edilməsi üçün bunlardan birincisi – deyək
ki, İBM kompaniyasının meynfreymi EBCDİC (Extend Binary Coded Interchange
Code – İnformasiya mübadiləsi üçün genişləndirilmiş ikilik onluq kod)
informasiya mübadiləsi üçün genişləndirilmlş ikilik koddan istifadə edir, ikincisi
isə informasiya mübadiləsi üçün ASCİİ american standart kodundan (digər
istehsalçıların kompyuterlərinin əksəriyyətində bu koddan istifadə edilir) istifadə
edilir. Bu iki sistem arasında informasiya mübadiləsini həyata keçirmək üçün iki
müxtəlif format arasında çevirməni həyata keçirən təqdimat səviyyəsinin olması
zəruridir.
Dostları ilə paylaş: |