Qaydaların məcmuyudur. 1980-ci illərin əvvəllərində Standartlaşdırma Üzrə Beynəlxalq Təşkilat hamı



Yüklə 233,81 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix10.05.2022
ölçüsü233,81 Kb.
#57285
növüQaydalar
1   2   3   4   5   6
KŞ 4- muhazirə OSI modeli

yeddi səviyyəyə 

ayrılır: 



fiziki, 

 kanal, 

 şəbəkə 

, nəqliyyat, 

 seans səviyyəsi, 

 nümayiş (təqdimatlar) səviyyəsi 

  tətbiqi səviyyə. 

 

Fiziki  səviyyə  OSI  mdelində  ən  aşağı  səviyyədir  və  bilavasitə  verilənlər  selinin 

ötürülməsi üçün nəzərdə tutulmuşdur. Bu səviyyə elektrik və ya optik siqnalların 

kabelə  ötürülməsini,  eləcə  də  onların  qəbul  edilməsini  və  rəqəmsal  siqnalların 

kodlaşdırılması  metodlarına  uyğun  olaraq  bitlərə  çevrilməsini  təmin  edir.  Başqa 

sözlə, bu səviyyə şəbəkə qurğuları arasında interfeys rolu oynayır. Konsentratorlar 

və  siqnal  təkrarlayıcıları  bu  səviyyədə  işləyir.  Fiziki  səviyyənin  funksiyaları 

şəbəkəyə  qoşulan  bütün  qurğuların  hamısında  reallaşdırılır.  Kompyuter  tərəfdən 



fiziki  səviyyə  funksiyaları  şəbəkə  adapteri  və  ya  ardıcıl  portla  yerinə  yetirilir.  İki 

sistem  arasındakı  fiziki,  elektrik  və  mexaniki  interfeyslər  fiziki  səviyyəyə  aiddir. 

Verilənlərin  ötürülməsi  mühitinin  müxtəlif  tipləri  hesab  edilən  burulmuş  naqillər 

cütü,  optik  telli  kabellər,  koaksial  kabellər,  verilənlərin  ötürülməsi  üçün  istifadə 

edilən  peyk  rabitə  kanalları  bilavasitə  fiziki  səviyyə  ilə  işləyir.  V35,  RS232,  RS-

485,  RJ-11,  RJ-45  kimi  adlandırılan  tipik  səbəkə  interfeysləri,  həmçinin  AUI  və 

BNC kimi ayırıcılar bilavasitə fiziki səviyyəyə aiddir. Fiziki səviyyədə siqnalların 

ötürülməsi  üçün  müxtəlif  protokollardan  istifadə  edilir.  Fiziki  səviyyə  -  şəbəkə 

kompyuteri  ilə  diskret  sıqnalları  ötürən  mühit  arasında  interfeys  təşkil  edir.  Bu 

səviyyədə  informasiya  vahidi  kimi  qəbul    edilmış  bitlər  ardıcıllığı  abonent 

kanalları  ilə  ötürülür.  Fiziki  kanalların köməyi  ilə  ötürmə  prosesinin  özünü  idarə 

etmək  üçün  verilənləri  saxlayan  kadrın  əvvəli  və  sonu  olur,  bunlar  qeyd  edilir. 

Həmçinin,  müəyyən  təbiətli  siqnalın  formalaşması  və  qəbulu  təşkil  edilir.  Fiziki 

səviyyənin  standartları  (X21,  X21bis)  təlimatlarının  tələblərinə  uyğun  hazırlanır. 

Bu təlimatların köməyi ilə texniki və prosedur xarakteristikalar müəyyən olunur ki, 

bunlarla vasitəsilə fiziki birləşdirmələrin aktivləşdirilməsi həyata keçirilir. 




Yüklə 233,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin