Qaydaların məcmuyudur. 1980-ci illərin əvvəllərində Standartlaşdırma Üzrə Beynəlxalq Təşkilat hamı



Yüklə 233,81 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix10.05.2022
ölçüsü233,81 Kb.
#57285
növüQaydalar
1   2   3   4   5   6
KŞ 4- muhazirə OSI modeli

Şəbəkə  səviyyəsi.  OSİ  modelinin  şəbəkə  səviyyəsi  verilənlərin  öturulməsi  ilə 

əlaqədar  yolun  (trafikin)  müəyyən  edilməsi  üçün  nəzərdə  tutulmuşdur.  Məntiqi 

ünvanların,  adların  fiziki  adlara  və  ünvanlara  translyasiya  olunmasına,  qısa 

marşrutun müəyyən olunmasına, şəbəkədə baş verən nasazlıqların və “tıxac”ların 

izlənməsinə  cavab  verir.  Şəbəkə  səviyyəsinin  protokollarının  əsas  funksiyası 

verilənləri  mənbədən  istifadəçiyə  marşrutlaşdmaqdan  ibarətdir.  Bu  səviyyədə 

işləyən  qurğuları  (marşrutlaşdırıcı  və  kommutatorları)  OSİ  modelinin  səviyyə 

nömrəsi  nəzərə  alınmaqla  şərti  olaraq  üçüncü  səviyyə  qurğuları  adlandırırlar. 

Şəbəkə  səviyyəsində  verilənlərin  mənbədən  istifadəçilərə  çatdırılması  üçün 

müxtəlif protokollardan istifadə edilir. Şəbəkə səviyyəsi – blokların və paketlərin 

şəbəkə  blokları  arasında  ötürülməsini  təmin  edir.  Burada  mümkün  olan 

marşrutlardan birinin seçilməsi (şəbəkənin yükü, konfiqurasiyanın dəyişdiyi hallar) 

giriş  verilənlərin  idarə  olunması  üçün  ifadələrin  bufer  yaddaşından  istifadə 

edilməsi  və  s.  məsələlər  həll  edilir.  Burada  şəbəkə  protokolunun  əsas  funksiyası 

hər  bir  fiziki  kanal  üçün  4096-ya  qədər  məntiqi  kanalın  qurulmasını  təşkil 

etməkdir. Bu da fiziki kanalda şəbəkə resurslarının daha səmərəli istifadəsini təmin 

edir. 

Nəqliyyat  səviyyəsi



.  Nəqliyyat  səviyyəsinin  əsas  funksiyası  şəbəkə  paketlərindən 

ibarət  olan  məlumatları  tələb  olunan  ünvana  çatdırmaqdır.  Bu  məqsədlə  şəbəkə 

proqram  təminatındakı  nəql  edilən  obyektlərin  ötürülməsini  təmin  edən  hissə 

ötürülən  obyektlərdəki  məlumatları  paketləşdirir  və  ötürülən  paket  qəbuledici 




obyektə  çatanda  həmin  paketin  məlumatları  paketdən  çıxarılır.  Bundan  əlavə 

nəqliyyat səviyyəsi uyğun şlüzlərdən istifadə etməklə, prinsip etibarilə, fərqli olan 

şəbəkələrin  uyğunlaşdırılmasını,  eləcə  də  körpülərdən  istıfadə  etməklə  eyni  tipli 

şəbəkə obyektlərinin uyğunlaşdırılmasını təmin edir. Göndərilən bütün paketlərin 

qəbul  olunmasını  təmin  etmək  üçün  kvitləşdirmənin  köməyi  ilə  qəbzlərin 

göndərilmə  üsulu  tətbiq  edilir.  Qəbul  edilməni  təsdiq  edən  qəbzlər  qəbuledicilər 

tərəfindən  bir  və  ya  bir  neçə  paketin  qəbul  edildiyi  barədə  məlumatlarla 

zənginləşəndən sonra ötürülə bilər. Buna çox vaxt «pəncərə mexanizmi» də deyilir. 

Çox  da  pis  olmayan  rabitə  zamanı  belə  mexanizmin  tətbiq  edilməsi  xidməti 

informasiyanın göndərilməsi ilə bağlı kommunikasiya şəbəkəsinə düşən yükü xeyli 

azaltmağa imkan yaradır. Hal-hazırda nəqliyyat protokoluna nəzərən 5 servis sinfi 

mövcuddur  (1÷5).  Bunlar,  əsasən  məlumatların  üstünlük  səviyyəsinə  görə 

göndərilməsinin  təmin  edilməsi,  verilənlərin  nəql  edilməsi  ilə  baş  verə  biləcək 

səhvlərdən  sığortalanma,  həmçinin,  şifrlənən  verilənləri  məxfi  saxlamaq 

xüsusiyyətinə  görə  fərqlənir.  OSI  modelində  nəqliyyat  səviyyəsi  verilənlərin 

göndərəndən  qəbul  edəcəyi  etibarlı  ötürülməsinin  təmin  edilməsi  üçün  nəzərdə 

tutulmuşdur.  Etibarlılıq  səviyyəsinin  özu  böyük  hüdudlarda  variasiya  edə  bilir. 

Nəqliyyat  səviyyəsinə  aid  olan  protokolların bir  çox  sinifləri  təkcə  əsas  nəqliyyat 

funksiyalarını  yerinə  yetirir.  Belə  protokollar  göndərilən  verilənlərin  ünvana 

çatmasını təsdiq  etmir.  Elə protokollar  da var ki,  onlar verilənlər  paketlərinin  bir 

neçəsinin  müəyyən  olunmuş  ardıcıllıqla  təyinat  məntəqəsinə  çatdırılmasını, 

verilənlər  axınlarının  idarə  edilməsini  təmin  edir  və  qəbul  edilən  verilənlərin 

etibarlılığına  təminat  verir.  Belə  ki,  UDP  protokolu  bir  deytaqram  çərçivəsində 

verilənlərin tamlığına nəzarəti həyata keçirir, paketlərin bütövlükdə itməsini və ya 

təkrarlanmasını,  eləcə  də  paketlərin  alınma  qaydasının  pozulmasını  istsna  etmir. 

TCP protokolu verilənlərin fasiləsiz və etibarlı ötürülməsini təmin edir, verilənlərin 

itməsini,  onların  təkrar  göndərilməsini,  daxilolma  (çatdırılma)  ardıcıllığının 

pozulmasını istisna edir, irihəcmli verilənlər porsiyalarını fraqmentlərə bölür, ayrı-

ayrı fraqmentləri bir paketdə birləşdirə bilir.  

 



Seans səviyyəsi. 

 OSİ modelində seans səviyyəsi seans əlaqələrinin təmin edilməsini himayə edir və 

müxtəlif  əlavələr  (proqramlar)  arasında  uzunmüddətli  qarşılıqlı  əlaqələrin 

yaradılmasına  imkan  verir.  Bu  səviyyə  seansın  yaradılmasını  və  başa 

çatdırılmasını,  informasiya  mübadiləsini,  məsələlərin  sinxronlaşdırılmasını, 

verilənlərin ötürülməsi hüququnun müəyyən edilməsini və əlavələr aktiv olmayan 

müddətlərdə seansın himayə edilməsini idarə edir. Seans səviyyəsi - daha yüksək 

səviyyədə  olan  obyektlər  arasında  əlaqə  seansını  yaradır.  Rabitə  seansı  təşkil 

edildikdən sonra digər obyektə daxil olmaq üçün obyektlərin səlahiyyəti yoxlanılır. 

Bu səviyyə də nəqliyyat səviyyəsi kimi bir neçə xidmət sinfinə aiddir. 




Yüklə 233,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin