5.1-də bir misalda göstərilmişdir (cədvəl 5.1).
Buradan göründüyü kimi fəsillərin başlıqları böyük rum rəqəmləri ilə
işarələnir. Hər fəsil yeni səhifədən başlayır. Fəsillər alt-fəsillərə bölünür və
uyğun olaraq ərəb rəqəmləri ilə nömrələnirlər. İşin əsas hissəsinə aid olmayan
bölmələrdə (nəticə, əlavələr, ədəbiyyatların siyahısı) nömrələnmə aparılmır.
İşin hissələrə bölünməsi məqsədəuyğun aparılmalıdır. Əks halda yaradılmış
mündəricatın dərki zamanı orientasiyada çətinlik törənə bilər. Bölmənin
dərinləşdirilməsi zamanı başlığın qarşısında duran çoxlu rəqəmlər informasiya
itkisinə səbəb ola bilər. Onu da qeyd etmək lazımdır ki, bölmə zamanı yalnız
bir alt-başlıqdan istifadə etmək əlverişli deyil. Belə hallardan imkan daxilində
qaçmaq lazımdır. Adətən iki və daha artıq alt-başlıqdan istifadə etmək
məsləhət görülür. Fəsilin hansı alt fəsillərə bölünməsi mövzudan asılı olaraq
aparılır. Bölmə zamanı çalışmaq lazımdır ki, fəsilin hissələri arasındakı məsafə
nə yaxın, nə də uzaq olsun. Bu, işin oxunmasını çətinləşdirir. Ümumi şəkildə
məsləhət görülür ki, 40 səhifəlik işin mündəricatı bir səhifədən artıq olmasın.
Bu qaydanı nəzərə alaraq ali məktəblərdə görülən işlərə aid bölməni cədvəl
5.2-dəki kimi təsəvvür etmək olar:
Fəsil və alt fəsillər arasında çox vaxt kiçik həcmli mətn verilir. Bu mətnlərdə
Dostları ilə paylaş: