Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və


Cədvəl 5.1. İşin strukturunun təsviri forması



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə50/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   80
Tədqiqat üsulları

Cədvəl 5.1. İşin strukturunun təsviri forması 
Bölmələrin formal təsvirində beynəlxalq aləmdə ən geniş yayılmış, alt- alta 
xətt  boyunca  və  ya  pilləli  düzülmüş  quruluşdan  istifadə  edilir.  Xətt  boyunca 
düzülüşdə  bütün  fəsil  və  alt-fəsil  başlıqları  solda  şaquli  xətt  boyunca  qeyd 
edilirlər.  Pillə  quruluşunda  isə  alt  fəsillər  sürüşdürülmüş  verilir  və  işin 
strukturunu vizual olaraq  daha yaxşı təsvir etməyə şərait yaradır.  Bu, cədvəl 
 
Şəkil 5.2. Elmi işin strukturuna təsir edən 
amillər. 


 
 
5.1-də bir misalda göstərilmişdir (cədvəl 5.1). 
Buradan  göründüyü  kimi  fəsillərin  başlıqları  böyük  rum  rəqəmləri  ilə 
işarələnir.  Hər  fəsil  yeni  səhifədən  başlayır.  Fəsillər  alt-fəsillərə  bölünür  və 
uyğun olaraq ərəb rəqəmləri ilə nömrələnirlər. İşin əsas hissəsinə aid olmayan 
bölmələrdə (nəticə, əlavələr, ədəbiyyatların siyahısı) nömrələnmə aparılmır. 
İşin hissələrə bölünməsi məqsədəuyğun aparılmalıdır. Əks halda yaradılmış 
mündəricatın  dərki  zamanı  orientasiyada  çətinlik  törənə  bilər.  Bölmənin 
dərinləşdirilməsi zamanı başlığın qarşısında duran çoxlu rəqəmlər informasiya 
itkisinə səbəb ola bilər. Onu da qeyd etmək lazımdır ki, bölmə zamanı yalnız 
bir  alt-başlıqdan  istifadə  etmək  əlverişli  deyil. Belə  hallardan  imkan  daxilində 
qaçmaq  lazımdır.  Adətən  iki  və  daha  artıq  alt-başlıqdan  istifadə  etmək 
məsləhət  görülür.  Fəsilin  hansı  alt  fəsillərə  bölünməsi  mövzudan  asılı  olaraq 
aparılır. Bölmə zamanı çalışmaq lazımdır ki, fəsilin hissələri arasındakı məsafə 
nə  yaxın,  nə  də  uzaq  olsun.  Bu,  işin oxunmasını çətinləşdirir.  Ümumi  şəkildə 
məsləhət  görülür  ki,  40  səhifəlik  işin mündəricatı bir səhifədən  artıq  olmasın. 
Bu  qaydanı  nəzərə  alaraq  ali  məktəblərdə  görülən  işlərə  aid  bölməni  cədvəl 
5.2-dəki kimi təsəvvür etmək olar: 
 
 
 
Fəsil və alt fəsillər arasında çox vaxt kiçik həcmli mətn verilir. Bu mətnlərdə 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin