Patent Kooperasiyası haqqında Müqavilə (ingl. Patent Cooperation Treaty,
PCT) 1978-ci ildə qəbul edilib. O, Azərbaycan Respublikasında 25.12.1995-ci
ildə qüvvəyə minib. 1978-ci ildə Vaşinqtonda patent mühafizəsi üzrə
ölkələrarası kooperasiyanı yaxşılaşdırmaq məqsədilə imzalanan bu müqavilə
əqli yaradıcılığın genişlənməsində coğrafi sədləri aşmağa xidmət edirdi. PCT
patent ərizəsinin üstünlüyü ondan ibarətdir ki, bu sistem daxilində alınan
patent PCT-yə daxil olan bir çox ölkələrdə qüvvədə olur. Patentin hansı
ölkələrdə eyni zamanda qeydiyyatdan keçirilməsinə iddiaçı özü qərar verir.
Yəni burada avtomatik olaraq patentin bütün 140 üzv ölkədə qeydiyyatdan
keçməsi baş vermir. Ölkələrin sayı patent xərcini artırır, çünki hər ölkənin öz
daxili qiymət strukturu mövcuddur. PCT proseduru milli və beynəlxalq olaraq
iki mərhələyə bölünür. Milli mərhələdə ixtiraya iddia ərizəsi ölkədaxili
qaydalara əsasən icra edilir. Bu təşkilat daxilində beynəlxalq patentə ərizə
verildikdən sonra ilkin beynəlxalq ekspertiza aparılır və beynəlxalq patent
ərizəsi çap edilir. Beynəlxalq patentin çap olunması 18 ay çəkir. Bundan sonra
verilən ərizə hər bir ölkə daxilində mövcud qaydada yoxlanılır və uyğun qərar
qəbul edilir. PCT üsulunun iki böyük üstünlüyü vardır. Birincisi odur ki, hər bir
iddiaçı patent ərizəsini öz ana dilində verə bilər. İkinci üstünlük milli patent
Dostları ilə paylaş: