Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə45/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   80
Tədqiqat üsulları

patentləşdirilməsi 
Müasir  cəmiyyətin  inkişafında  elmi  texniki  tərəqqi  müstəsna  rol  oynayır. 
Elmi-tədqiqat  işlərinin  uğurla  yerinə  yetirilməsi  zamanı  əldə  edilən  "ixtiralar", 
"dəyərli  modellər",  "sənaye  nümunələri"  texniki  tərəqqinin  tətbiqində  mühüm 
rol  oynayır.  Yeni məmulların yaradılması və  istehsalı  ilə  məşğul  olan  sənaye 
sahələri  üçün  əldə  edilmiş  nailiyyətlərin  patentlərlə  qorunması  böyük 
əhəmiyyət  kəsb  edir.  Bununla  müəssisələr  bazarda  əldə  etdikləri 
üstünlüklərini  davamlı  olaraq  qoruya  bilir  və  rəqabətə  qarşı  dayanıqlı  olurlar. 
Bu  baxımdan,  yeniliklərin  yaranması  və  praktiki  cəhətdən  işləməsi  üçün 
onların hüquqi cəhətdən qorunması çox vacibdir. 
Azərbaycan  Respublikası  qanunvericiliyinə  əsasən  ixtiralar,  onların 


 
 
verilməsi  və  qorunması  “Patent  haqqında  Azərbaycan  Respublikasının 
Qanunu” [17-19] tərəfindən tənzimlənir. Aşağıda patentlə bağlı, qanunla 
müəyyən olunan bir neçə anlayış izah edilir [17]. 
Patent  dedikdə  uyğun  dövlət  icra  orqanı  tərəfindən  müəllifə  müstəsna 
olaraq  etdiyi  ixtiraya  müəyyən  zaman  müddəti  üçün  verilən  mühafizə  sənədi 
nəzərdə  tutulur.  Patent  öz  sahibini  verildiyi  dövlətdə  daxili  və  xarici 
rəqiblərdən qoruyur. Adətən patent sənaye nümunəsi və ya müəyyən əmtəə 
nişanı ilə əlaqələndirilir. Onu da qeyd etmək lazımdır ki, heç də ixtiraçı həmişə 
patent  sahibi  olmur.  Bu,  ixtiranın  edildiyi  şəraitdən  asılıdır.  Məsələn,  böyük 
sənaye müəssisələrində adətən elmi-tədqiqat işi ilə məşğul olanlarla müəssisə 
arasında qabaqcadan ixtira hüquqlarını ikinciyə verən qarşılıqlı razılaşma olur. 
İxtira  meydana  gəldikdə  o  müəssisənin  mülkiyyəti  hesab  olunur.  Patent  20 
illiyə verilir. Sənaye nümunəsi isə yalnız 10 il qüvvədə qala bilir. 
Patentolunmaya  yararlılıq  texniki  həllin  ölkənin  qanunvericiliyinə  uyğun 
olaraq  təyin  olunan  meyarlara  cavab  verə  bilməsidir.  Azərbaycan  patent 
qanununa  uyğun  olaraq  ixtira  kimi  istənilən  sahədə  məmula  (qurğu,  əşya, 
mikrorqanizm  nəsli,  bitki  və  ya  heyvanların  hüceyrə  kulturası)  və  ya  üsula 
(material  obyekti  üzərində  material  vasitələrində  istifadə  etməklə  hərəkətlər 
prosesinin  icrası)  aid  olan  texniki  həll  qorunur.  İxtira  o  vaxt  yeni  sayılır  ki,  o 
mövcud  texniki  elmin  durumuna  məlum  olmasın.  Texniki  elmin  vəziyyəti 
dünya  üzrə  həmin sahədə  ixtiranın  verilmə  gününə  qədər məlum  olan  bütün 
məlumatları  özündə  daşıyır.  İxtira  həm  praktiki  əhəmiyyəti  olan  sahələrdə, 
həmçinin  nəzəri  elmlərdə  də  meydana  gələ  bilir.  Ancaq  burada  müəyyən 
aspektləri nəzərə almaq lazımdır. Elmi nəzəriyyələr və riyazi metodlar, kəşflər 
ixtira  sayılmır.  Məmulun  yalnız  estetik  tələbatlarını  ödəməyə  yönəlmiş  həllər 
də,  həmçinin  hüquqi  cəhətdən  qoruna  bilmir.  Oyun,  intelektual  və  təsərrüfat 


 
 
qaydaları  və  metodları,  elektrik  hesablama  maşınları  üçün  proqramlar; 
məlumatların təsvirinə aid həllərə patent verilə bilməz. 
Faydalı modellər qurğulara aid olan texniki həlləri əhatə edir. Faydalı model 
o  vaxt  patentə  yararlı  sayılır  ki,  o  yenidir  və  onun  sənayedə  tətbiqi 
mümkündür.  Sənayedə  tətbiq  olunabilən  faydalı  model  yalnız  bu  sahə  üçün 
nəzərdə  tutulur  və  sənayenin  müxtəlif  sahələrində,  kənd  təsərrüfatında, 
səhiyyədə və digər fəaliyyət sahələrində öz tətbiqini tapır. 
Sənaye  nümunəsi  vasitəsilə  sənaye  və  sənətkarlıq  istehsalında  məmulun 
xarici  görünüşünü  müəyyən  edən  bədii-konstruktiv  həllər  qorunur.  Sənaye 
nümunəsi  yenilik  və  orijinallıq  göstəricilərinə  malik  olmalıdır.  Yenilik  onunla 
müəyyən edilir ki, əldə olunan məmulun mövcud göstəricilər toplumu əlçatan 
məlumat mənbələrindən məlum deyil. Nümunə o vaxt orijinal sayılır ki, onun 
göstəriciləri məmulun özünəməxsusluğu ilə fərqlənir. 
İxtiraçı  fiziki  şəxs  olub,  yaradıcılıq  fəaliyyəti  sayəsində  sənayedə  tətbiqini 
tapan,  əvvəllər  məlum  olmayan  texniki  həllərlə  məşğul  olur.  İxtiraçının  əsas 
keyfiyyətləri ondan ibarətdir ki, o problemi aşkar edir və bu problemi yeni bir 
kreativ  yolla  həll  etməyə  çalışır.  Əgər  ixtira  prosesində  bir  neçə  şəxs  iştirak 
edibsə,  onda  onların  hamısı  ixtiranın  müəllifi  sayılırlar.  Müəllif  hüququndan 
istifadə  edilmə  ardıcıllığı  şəxslər  arasında  qarşılıqlı  razılaşmaya  əsaslanır. 
Müəlliflik  hüququ  pozulabilməyən  şəxsi  hüquq  sayılır  və  sonsuz  müddətə 
qorunur. 
Patentin  sahibi  müstəsna  olaraq  ixtira,  faydalı  model  və  ya  sənaye 
nümunəsinin  hüquqi  sahibkarı  sayılır.  Patent  sahibinin  icazəsi  olmadan  heç 
kimə patentləşdirilmiş ixtiradan istifadə etməyə icazə verilmir. 
Patentləşdirilmiş  ixtira  (və  ya  faydalı  model)  hər  hansı  bir  məmul  və  ya 
üsulda  o  vaxt  istifadə  olunmuş  sayılır  ki,  onlar  ixtiranın  bütün  əlamətlərini 
özündə əks etdirsinlər. Bu tələbat sənaye nümunələrinə də aid edilir. 
Patent  sahibi  ixtira,  faydalı  model  və  ya  sənaye  nümunəsindən  istifadə 
hüquqlarını istənilən fiziki və hüquqi şəxsə verə bilər. Patent hüquqlarının bir 


 
 
nəfərdən  başqasına  ötürülməsi  Azərbaycan  Respublikası  Standartlaşdırma, 
Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsində  qeydiyyatdan  keçirilməlidir. 
Əks halda bu razılaşma hüquqi baxımdan etibarsız sayılır. İxtiralara sahibkarlıq 
varislik prinsipi ilə ötürülür. 
Patentləşdiriləcək  yenilik  Respublika  Standartlaşdırma,  Metrologiya  və 
Patent  üzrə  Dövlət  Komitəsinə  rəsmi  iddia  ərizəsi  verilməklə  qeydiyyatdan 
keçirilir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 
□ 
Müəlliflər haqqında məlumat; 
□ 
 İxtiranın tətbiqini tam izah etməklə təsviri; 
□ 
İxtianın məzmununu tam ifadə edən düsturu; 
□ 
 İxtiranın anlanılması üçün lazım olan cizgilər və digər materiallar; 
□ 
Referat. 
Sənaye  modelini  qeydiyyatdan  keçirmək  üçün  verilən  ərizəyə  aşağıdakı 
məlumatlar daxildir: 
□ 
Müəlliflər haqqında məlumatlar da daxil olmaqla patent üçün ərizə; 
□ 
 Məmulun xarici görünüşü haqqında tam və dolğun məlumat verən 
təsvirlər; 
□ 
Məmulun ümumi görünüşü haqqında cizgi, erqonomik sxem; 
□ 
Sənaye nümunəsinin təsviri; 
□ 
Sənaye obrazının vacib əlamətlərinin siyahısı. 
Ərizə patent idarəsinə daxil olduqdan sonra orada onun formal ekspertizası 
başlayır.  Bu  prosesdə  patent  qanununda  nəzərdə  tutulan  sənədlərə  əsasən 
verilən  yeniliyin  patentə  yararlılıq  qabiliyyəti  yoxlanılır.  Yoxlamanın  nəticəsi 
müsbət  olduqda,  yəni  verilən  ixtiranın,  mövcud  elmi-  texniki  durumun 
səviyyəsində yenilik olması sübut edildikə, müəllifə patent hüququ verilir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin