bu metoddan istifadə edərkən tədqiqatçı ilk növbədə öyrənmək istədiyi
məsələyə daha tez nail olmaqdan ötrü tələb edilən vəziyyəti özü yaradır;
sonra hansı şəraitdə daha yaxşı nəticə almağı bilmək məqsədilə
prosesin gedişini istədiyi vaxt dəyişdirir; daha sonra əldə etdiyi
məlumatın dəqiqlik dərəcəsini müəyyənləşdirmək üçün təcrübəni
dəfələrlə təkrar edir; nəhayət öyrəndiyi pedaqoji prosesi daha düzgün
və ətraflı qeyd etməkdən ötrü lazımi texniki vasitələri də hazırlayır.
Bütün bunlar isə hər hansı bir pedaqoji prosesi dərindən və düzgün
tədqiq etməyə imkan verir.
Dostları ilə paylaş: