informasiyanın sintez formasını daşıyır. Nəticə əsasən 1-2 səhifə həcmində
olur.
5.2.4.
Y azma stilistikası
Elmi dilin onu adi dildən fərqləndirən spesifikası var. Xüsusi elmi dilin
yaradılmasına ehtiyac ondan irəli gəlmişdir ki, təbii ünsiyyət dili çox mürəkkəb
olaraq çox mənalı söz və ifadələrdən istifadə edir. Elmi dilin isə müəyyən
obyektivlik səviyyəsini, alimlər arasında qarşılıqlı anlamı təmin etmək
məqsədilə daha dəqiq ifadələrə ehtiyacı vardır. İdeal halda elmi dil bir
mənalılığa can atır, yəni burada bir söz yalnız bir məna kəsb etməlidir. Buna
isə heç də həmişə nail olmaq mümkün deyil və o bir çox hallarda
mübahisələrə səbəb olur (bu daha çox humanitar fənlərə xasdır).
Yazılı elmi mətnlərdə aşağıdakı yazma stilindən istfadə olunur:
□
Akademik;
□
Polemik;
□
Publisistik;
□
Elmi-populyar;
□
Dialoq-müsahibə;
□
Didaktiv.
Dostları ilə paylaş: