Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə52/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   80
Tədqiqat üsulları

Akademik stil elmi işin yazılmasında ən geniş tətbiq olunanıdır. Bu stil üçün 
aşağıdakılar  səciyyəvidir:  emosional  dəyərləndirməyə  yol  verilmir,  “mən” 
kəlməsindən  istifadə  edilmir,  mətn  passivdə  və  ya  cəm  halında  “biz” 
kəlməsindən  istifadə  edilməklə  yazılır.  Tədqiqatın  nəticələri  dəqiq  göstərilir, 
konkret cümlələrlə formulə edilir, məsələn: “Elmi tədqiqat işi nəticəsində əldə 
edilmişdir ki, ....”. İkimənalı və dağınıq fikirlərdən istifadəyə yol verilmir [29, 55, 
62]. 
Polemik  stil  səhvlərin  inkar  edilməsinə,  köhnəlmiş  nəzər  nöqtəsinə,  yanlış 
mövqelərin  və  arqumentlərin  aşkar  edilməsinə  yönələn  işlərin  yazılmasında 
istifadə  olunur.  Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  burada  kəskin 
emosional tona icazə verilmir. İronik və sarkastik formalar yol veriləndir. 


 
 
Publisistik stil qəzet və ya populyar jurnala məqalə yazmaq üçün yararlıdır. 
Səciyyəvi  xassəsi  odur  ki,  burada  elmi  terminlərdən  istifadə  minimaldır, 
emosional qiymətləndirməyə və pafosa yol verilir, materiala şəxsi münasibətin 
bildirilməsi mümkündür. 
Elmi-populyar stil elmi-populyar jurnal üçün hər hansı bir problem haqqında 
məqalə  yazdıqda  istifadə  edilir.  Burada  elmi  problem  haqqında  sadə  dildə, 
minimal sayda elmi terminlərdən istifadə etməklə açıq və aydın şəkildə söhbət 
açılır. 
Dialoq-müsahibə  stilinin  üstünlüyü  ondan  ibarətdir  ki,  burada  retorik 
üsullardan istifadəyə imkan verilir, ondan şifahi çıxış zamanı istifadə edilə bilir. 
Elmi mətnlərin və dərsliklərin yazılmasında arzu olunmur. 
Didaktik  stil təlimatı və təlimi özlüyündə əks etdirir, ondan elmi-metodiki və 
ya  dərs  vəsaitlərində  istifadə  edilir.  Elmi  işdə  isə  ondan  istifadə  olunması 
münasib hesab edilimir. 
Elmi işin yazılmasına qoyulan əsas stilistik tələblər bunlardır [28, 62, 63, 
64]: 
□ 
 Elmi  iş  akademik dildə yazılır,  bəzi  hallarda kiçik  həcmdə  publisistik və 
polemik stilə yol verilir; 
□ 
Mətnin məntiqi və formal quruluşuna riayət edilməli; 
□ 
Mətni bayağı və şablon ifadələrlə doldurmamalı; 
□ 
 Uzun  və  dolaşıq  cümlələrdən  qaçmalı.  “Bir  cümlə  -  bir  fikir”  qaydasına 
riayət etməli; 
□ 
Ümumi məlum olan biliklərin təkrarına yol verməməli; 
□ 
Terminologiyanın vahidliyinə riayət etməli; 
□ 
 Lazımsız  yerə  xarici  sözlərdən  və  terminlərdən  istifadə  etməməli, 
tərcümə  zamanı  bu  sözlərin  azərbaycan  dilində  dəqiq  ekvivalentinin 
tapılmasına çalışmalı; 
□ 
 Qaranlıq,  çox  mənalı  olan  sözlərdən  və  ifadələrdən  yan  keçməli 
(ikimənalı  stilistikaya  aid  misal:  “Elan:  Sifarişçinin  dərisindən  gödəkçə 


 
 
tikirik.”) ; 
□ 
Ehtiyac  duyulmadıqda  şəxsi  terminlərin  uydurulmasından  yan  keçməli, 
onları daxil etdikdə isə əsaslandırmalı; 
□ 
 Eyni  sözün  dəfələrlə  təkrarlanmasından  qaçmalı,  lazım  gəldikdə  bu 
sözləri əvəzlik və sinonimlərlə əvəz etməli; 
□ 
 Materialı ardıcıl təsvir etməli (burada: buna görə, uyğun olaraq, belə ki, 
bu  yolla,  bundan  əlavə  və  s.  kimi  birləşdirici  ifadələrdən  istifadə  etmək 
məsləhət görülür) ; 
□ 
 Nəticələrin yazılışı zamanı onları sıralamaq yaxşı olardı: birincisi, ikincisi 
və s. ; 
□ 
 Simvol,  müqayisə  və  şəkillər  dəqiq  və  anlaşılan  olmalıdırlar.  Mətndə 
mütləq  onlara  istinad  olunmalıdır.  Əks  halda  onlar  lazımsız  informasiya 
təsəvvürü yaradırlar; 
□ 
 İstifadə  olunmuş  sitat  və  biblioqrafik  mənbələr  mətndə  dəqiq 
göstərilməlidir. 
Elmi  iş  yazma  stilistikasına  riayət  edilməklə  azərbaycan  dilinin  qram-
matikasına  uyğun  yazılmalıdır.  “Mən”  şəxsiyyət  əvəzliyindən  istifadə  etmək 
xoşagələn  deyil.  “Mən  düşünürəm”,  “mən  hesab  edirəm”  ifadələrinin  əvəzinə 
“görünür ki,..” və ya “belə hesab etməyə əsas var ki,...” ifadələri işlədilir. 
Elmi  dilin  tarixinə  nəzər  salsaq  görərik  ki,  ilk  elmi  dil  antik  dövrdə  geniş 
yayılan yunan dili olub. Bu, Roma imperiyası dövründə də, latın dili ilə paralel 
olaraq tətbiq olunmaqda idi. Yalnız Orta Əsrlərdən başlayaraq Avropada latın 
dili yeganə elmi dil kimi başqa dilləri sıxışdırır. Bu dildə çap olunmayan əsərlər 
elmi iş kimi qəbul edilmirdi. Eyni zamanda ərəb- hind məkanında ərəb dili elm 
dili kimi tətbiq olunurdu. O dövrdə fəlaiyyət gösətərən İbn Sina, İbn əl-Haytəm, 
İbn  Rüşd  kimi  alimlər  bu  dildə  yazaraq  ərəb  elmi  dilini  yeni  səviyyəyə 
çatdırmışdılar. XV əsrdə Avropada çap olunan elmi işlərin 70 %-dən çoxu latın 
dilində  idi.  Humanizm  dövründə  isə  latın  dili  tədricən  digər  dillər  tərəfindən 
sıxışdırılmağa başlayır. 


 
 
XX  əsrdən  etibarən  ingilis  dili  dünya  üzrə  elmi  işlərin  çapında  dominantlıq 
etməyə  başlayır  və  hazırda  bu  dil  elmi  mühitdə  əsas  kommunikasiya  dili 
sayılır. 
5.2.5. 
Sitatların və mənbələrin göstərilməsi 
Tədqiqatçı  apardığı  elmi  işin  əlyazmasını  tərtib  etdikdə  çox  vaxt  işdə 
göstərilən  arqumentləri  isbat  etmək  üçün  kənar  elmi  işlərdən  sitatların 
gətirilməsinə ehtiyac yaranır. Bu, humanitar sahələr üçün tipik olsa da ondan 
istifadə qaydaları bütün sahələrə şamil edilir. 
Kənar  mənbələrdən  olan  elmi  nəticələrdən  istifadə  etmək  qadağan  deyil. 
Burada  əsas  diqqət  onların  işdə  necə  istifadə  edilməsi  və  dəqiq 
göstərilməsindən ibarətdir. Əks halda işdə plagiatın yer alması baş verir ki, bu 
da yol verilməzdir (bax: Bölmə 7.3). 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin