Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və


Mühazirə 10. Elmi tədqiqatın yazılma metodikası



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə48/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   80
Tədqiqat üsulları

Mühazirə 10. Elmi tədqiqatın yazılma metodikası 
 
Elmi 
rəhbərin 
bilavasitə 
iştirakı 
ilə 
magistrantla 
birlikdə 
seçilımşTnövzunun  ilkin  iş  planı  hazırlanır.  İş  planında  tədqiqatın 
bölmələri,  fəsilləri,  yarım  fəsilləri,  bəndləri,  işin  nəzərə  çarpan  böyük 
hissələri ayırd edilir. 
MAGİSTR DİSSERTASİYASININ İŞ PLANI 
Magistr dissertasiyasının adı  __________________________ 
GİRİŞ 

FƏSİL:_____________________________________________ 
1.1._________________________________________________________ 
1.2. ____________________ _____________________________ 
II 
FƏSİL: _____________  __________________________ 
2.1  ____________________ _____________________________ 
2. 2. ____________________ _____________________________ 
III 
FƏSİL: ______ ___________________________________ 
3.1_  _________________  __________________________ 
3. 2.  ____ __________________________________________ 
NƏTİCƏ 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 


 
 
ƏLAVƏLƏR 
MAGİSTRANT  __________________________  
ELMİ RƏHBƏR   _________________________  
Bundan  sonra  magistrant  müəyyən  edilmiş  plaııqrafik  əsasında  elmi 
rəhbərin  məsləhət  və  tövsiyələri  ilə  dissertasiya  üzərində  çalışmalarını 
davam  etdirir.  Bu  davamlı  birgə  işgüzar,  yaradıcı  proses  “Magistr 
dissertasiyası üzərində işin plan qrafiki”ndə öz əksini 
tapır. 
Tədqiqatın  uğurla  tamamlanması  üçün  yenə  də  elmi  rəhbərin  köməyi 
ilə  magistrantın  “Fərdi  planı”  hazırlanır.  “Fərdi  plan”da  mövzu,  ixtisas, 
istiqamət,  magistr  peşə-ixtisas  təhsilinin  məzmunu,  magistrantın 
attestasiyası yekunları göstərilir. 
Elmi  rəhbərlə  birlikdə  tədqiqatın  qarşısında  duran  əsas  məqsəd  və 
vəzifələr  işin  metodologiyası,  işin  yerinə  yetirilmə  metodları,  pedaqoji 
təcrübələr,  pedaqoji  eksperirmentlər  aparmaq  üçün  məktəblər, 
məktəbəqədər  tərbiyə  müəssisələri,  tədris,  tərbiyə  mərkəzləri 
müəyyənləşdirilir. 
Magistrant  plana  müvafiq,  sistemli,  ardıcıl  və  məntiqə  uyğun  olaraq 
tədqiqat  işini  tamamlamağa  doğru  işləyir.  Bu  prosesdə  elmi  rəhbər 
kənardan müşahidəçi rolunda deyil, tədqiqatçı ilə müntəzəm ünsiyyət və 
münasibətdə  olaraq  əvvəlcədən  müəyyənləşdirilmiş  məsləhət  qrafikinə 
uyğun ona ardıcıl məsləhət və tövsiyələr verir, yeni  ədəbiyyat, material, 
internet səhifələri göstərir, istiqamətlər verir. 
Elmi rəhbər dissertasiya işini hissə-hissə, fəsil-fəsil və bütöv oxuyaraq 
lazım gələn düzəlişləri edir, metodik göstərişlərini verir. Magistrantı elmi 
işə həvəsləndirir, elmi konfranslarda  çıxış etməyə hazırlayır, axtarıcılığa, 
tədqiqatçılığa  yönəldir.  İşlə  bağlı  elmi  rəhbər  tədqiqatçını  məqalə 
yazmağa  sövq  edir,  onu  ruhlandırır  və  təbii  ki,  belə  olan  halda  məqalə 
də  yazıla  bilir.  Başa  çatmış  dissertasiya  işi  haqqında  elmi  rəhbər  öz 


 
 
rəyini yazır və dissertasiyanın müdafiəyə təqdim edilməsinə razılıq verir. 
Elmi 
rəhbər 
rəyində 
tamamlanmış 
dissertasiyanın 
yığcam 
xarakteristikasını  verir,  tədqiqatın  aktuallığını,  elmi-nəzəri  səviyyəsini, 
praktik  əhəmiyyətini  göstərir.  Dissertasiyanın  orijinallığını,  tamlığını, 
elmiliyini, həmçinin müəllifin qoyulan məsələlərin həllinə yanaşma tərzini 
və vəziyyətini göstərir. Rəhbər rəyində habelə magistrantın tədqiqatçılıq 
bacarığını,  müstəqilliyini,  ədəbiyyatlardan,  ilk  mənbələrdən  istifadə 
etmək  qabiliyyətini,  müdafiəyə  hazır  olma  vəziyyətini,  dissertasiyasının 
magistr  dissertasiyası tələblərinə uyğunluğunu, magistr elmi dərəcəsinə 
layiqüyini qeyd edir. 
Tamamlanmış  dissertasiya  işinə  kafedra  müdirinin  təqdimatı  ilə  digər 
elmi  dərəcəli,  ixtisaslı  pedaqoq  əlavə  rəy  yazır.  Bu  rəydə 
dissertasiyadakı  fəsillər,  yarımfəsillər  ətraflı  təhlil  edilir.  Mövzunun 
aktuallığı,  elmi  yeniliyi,  praktik  əhəmiyyəti,  müəllifin  gəldiyi  nəticələrin 
əsaslandırılması,  onların  əhəmiyyətliliyi,  dissertasiyanın  lazımi  tələblərə 
uyğunluğu  göstərilməklə  həmçinin  irad  və  təkliflər  də  göstərilir.  Elmi 
rəhbərin  və  əlavə  rəyçinin  rəyi  ixtisas  kafedrasında  müzakirəyə-  ilkin 
müdafiəyə  ən  azı  5  gün  qalmış  magistranta  çatdırılır.  Bundan  sonra 
magistrantın  dissertasiyası  ixtisas  kafedrasında  müzakirə  olunur  və 
kafedranın protokolundan çıxarışla magistrant İxtisaslaşdırılmış Elmi Şura 
qarşısında açıq müdafiəyə buraxıla bilir. 
 
4.1. 
Dəqiq yazma 
Dəqiq  yazma  deyəndə  elmi  işin  tərtibi  zaman  formal  aspektlərə  nəzər 
yetirmək  başa  düşülür.  Ədəbiyyatlarda  bu  həm  də  elmi  işin  yerinə  yetirilmə 
yollarının  texnikası  sırasına  aid  eidlir.  Ayrılıqda  buraya  işin  strukturu,  istifadə 
olunmuş ədəbiyyatların siyahısı, yazma dilinin stili və qrammatikası daxildir. 
4.1.1. 
Strukturun işlənməsi 
Hər  bir  elmi  işin  tərtib  olunmasında  müəllifin  əsas  fikri  işin  əvvəlindən 


 
 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin