Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və


Elmi yeniliklərin neft-qaz sənayesində tədqiqi



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə44/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   80
Tədqiqat üsulları

           Elmi yeniliklərin neft-qaz sənayesində tədqiqi 
Respublikada neft və qaz quyularının axtarışı, kəşfiyyatı, istismarı və 
nəqli prosesi çətin bir prosesdir.Bu prosesi həyata keçirmək üçün 
müxtəlif üsullardan istifadə edilir.Baxmayaraq ki, əvvəllər neft yerin üst 
qatlarında idi, lakin getdikcə daha dərin qatlardan neft 
çıxarıldı.Sonradan neft və qaz yataqları üçün geoloji, geofiziki, 
geokimyəvi və hidroloji axtarış üsullarından istifadə olunur. 
Neft yataqlarının səmərəli işlənməsi və onun texniki iqtisadi 
cəhətdən əsaslandırılması üçün layın geoloji-fiziki xassələri, yəni layın 
qalınlığı, neftli, qazlı olması qidalanma mənbələri, rejimi, mövcud lay 
təzyiqi və temperaturu, layda olan süxurların sıxlığı, karbonatlığı, fiziki-
kimyəvi tərkibi, keçiriciliyi və məsaməliyi və.s xassələri öyrənilir. Bundan 
əlavə, laya süni təsir göstərilməsinin zəruriliyini nəzərdə tutan layın 
işlənmə variantları müəyyənləşdirilir və quyularm yerləşməsi sxeminin 
dəqiqləşdirilməsi, quyudibi təzyiqin hesablanması müəyyən edilir. 
Hər bir varianta qoyulan investisiyaların həcmi, ödəmə 
müddəti, effektivlik əmsalı, neftin maya dəyəri və s. 
göstəricilərdən istifadə edilməsi ilə müxtəlif variantaların bir-
birilə müqayisəli aparılır və onlar içərisindən ən optimal variant 


 
 
seçilir. 
Sonrakı mərhələ neft-qazçıxarma sənayesində neft quyularının 
qazılmasıdır.Neft və qaz quyularının qazılması məqsədilə həyata 
keçirilən üsullar aşağıdakılardır: 
1. 
XIX əsrin 8,0-ci illərində ABŞ-da tətbiq edilən quyu ağzında 
yerləşən rotor vasitəsilə baltaların fırladılması, nəticədə 
quyularm dağıdılması və bu dağıntıların 
gil məhlulu vasitəsilə yer səthinə çıxarılması ilə səciyyələnən birinci 
qazma qazma üsulu rotor qazma üsulu adlanır. Bu üsııhın tətbiqi ilə 
quyularm diametri kiçiimis, proseslər sürətlənmis, qazma müddəti 
azaldılmış olsa da, bu üsulun tətbiqi zamanı xeyli miqdarda enerji 
sərfinin olması boruların tez-tez sınaraq sıradan çıxması və onların 
əvəzlənməsi üçün vaxt sərfinin çox olması kimi mənfi cəhətləri meydana 
çıxır. 
2. 
Turbobur vasitəsilə qazma islərinin həyata keçirilməsinə 
əsaslanan Turbin qazma üsuludur. 
3. 
Elektroburun istifadəsinə əsaslanan elektriklə qazma üsuludur. 
4. 
Vibrasiya qazma üsulu islərində həyata keçirilən sonuncu 
üsuldur və bu qazma baltasını titrədən vibrasiyanın tətbiqi 
vasitəsilə həyata keçirilir. 
Onu da qeyd edək ki, Lay rejimindən asılı olaraq neft yatağının 
istismarı prosesini həyata keçirmək üçün fontan, kompressor və 
dərinlik nasosu kimi 3 əsas istismar üsulu tətbiq edilir. 
Fontan üsulu təbii yüksək lay təzyiqi altında nefti yer səthinə fontan 
vurmasına əsaslanan 2-3 aydan bir neçə ilə qədər davam edir. Təbii lay 
təzyiqinə əsaslandığından əlavə vasitələrin, qurğu və avadanlıqların 
tətbiqinə ehtiyac duymayan asan və iqtisadi cəhətdən səmərəlidir. 
Layın enerjisi və təzyiqi azaldıqda fontan üsulu əlverişsiz olur, 
kompressor üsulundan istifadə olunur. Lay təzyiqini artırmaq üçün 


 
 
quyuya kompressor vasitəsilə sıxılmış hava, sıxılmış qaz,su vurulur. 
Tətbiq edilən sonuncu üsul dərinlik nasosu üsuludur. Neft 
yataqlarında lav təzyiqinin aşağı düsməsi istismar quyularında neft 
hasilatını azaldır ki, bunun qarsısını almaq üçün müxtəlif geoloji və 
texniki tədbirlərin, yəni neft və qaz yataqlarına süni təsir etmə üsulları 
həyata keçirilir. 
Neft quyularında texniki-iqtisadi tədbirlər həyata keçirilməklə neft 
sənayesində, xüsusilə köhnə neft rayonlarında neft hasilatında həyata 
keçirilən elmi-metodik standartlara və texnologiyaya uyğun iş rejiminin 
təşkili ilə neftqazçıxarma sənayesində hasilatı artırmaq olar, 
Azərbaycanda neft-qaz yataqlarından düzgün istifadə edilməsi, bu 
sahədə əmək məhsuldarlığının, maddi-texniki təchizatın təqvim 
vaxtından düzgün istifadənin yaxşılaşdırılmasına fikir verilməsi, ixtisaslı 
mütəxəssislərin və maliyyə vəsaitlərinin cəlb olunmasi nəticəsində neft-
qaz sənayesində ilbəil artıma nail olunur. 
Texniki və intellektual yaradıcılığın hüquqi qorunması Elmi yeniliklərin 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin