aşağıdakı qanunlarına tabe olmalıdır:
• Eynilik qanunu
• Ziddiyyət qanunu
• Üçüncünün istisna olunması qanunu
• Kafi əsas qanunu
Emaletmə və gerçəkliklə tutuşdurma əsasında elmi fərziyyə nəzəriyyəyə
çevrilə bilər.
Nəzəriyyə ümumiləşmiş biliyin, gerçəkliyin bu və ya digər tərəflərinin
izah edilməsinin sistemidir. Prinsiplər, aksiomlar, qanunlar, mühakimələr,
anlayışlar, kateqoriya və faktlar nəzəriyyənin strukturunu müəyyən edirlər.
Prinsip dedikdə elmi nəzəriyyədə ideyanın ən abstrakt təyin edilməsi
başa düşülür (məsələn, radiodalğaların köməyilə rabitə). Prinsip insanların
subyektiv dərk olunmuş təcrübəsi nəticəsində meydana gələn qaydadır.
Aksiom ilkin qəbul edilən, verilmiş nəzəriyyədə isbat olunmayan
müddəadır, nəzəriyyənin bütün başqa nəticələri əvvəlcədən müəyyən olunmuş
qaydalar əsasında aksiomdan alınır.
Tələbə mövzunu götürdükdən sonra onun köklü refleksiyası ilə məşğul
olmalıdır. Bu iki istiqamətdə aparılır. Bir tərəfdən tələbə “qoyulmuş mövzunun
işlənməsi prosesində mən hansı töhfəni verə bilərəm?” sualına cavab
axtarmalıdır. Elmi işin nəzəriyyə, empiriya və ya metodun işlənməsi ilə bağlı
olduğu aydınlaşdırılmalıdır. İş prosesində mütləq bu və ya digər məsələlərlə
bağlı dəyişmələr baş verəcək, belə ki, müəyyən bölmə əvvəldə nəzərdə
tutulduğundan daha ətraflı, digəri isə nisbətən yığcam işlənməli olur. Əksər
hallarda verilənlərin toplanması (ədəbiyyatlarla işləmə) və qiymətləndirilməsi o
biri bəndlərə nisbətən daha çox resurs tələb edir: məsələn, sənədlərin
surətinin çıxarılması xərci, müsahibələrin planlanması, aparılması və
qiymətləndirilməsinə sərf olunan vaxt [28, 29].
Digər tərəfdən qarşıya qoyulmuş məqsəddən asılı olaraq seçilmiş möv-
zunun nə dərəcədə ətraflı işlənməsinin zəruri olması analiz edilməlidir. Bu
faza növbəti mərhələ olan ideyaların işlənməsi üçün baza rolunu oynayan
tövsiyyələrin tərtibi üçün ideal sayılır.
2.1.1.
İdeyaların işlənməsi
Əgər diplom işinin mövzusu tələbə tərəfindən təklif olunubsa, onda demək
olar ki, artıq mövzunun refleksiyası prosesinin, həmçinin ideyaların
toplanmasının ilk mərhələsi tamamlanıb. Əksər hallarda bu məsələlərin
baxışına kifayət qədər vaxt planlanmalıdır. İdeyaların işlənməsi üçün tələbəyə
ağ kağız, qələm və sakit guşə lazımdır. Bu mərhələnin məqsədi ilkin ədəbiyyat
mənbələrindən məlum olan ideyalar, tövsiyyələr və empirik tədqiqatlar üçün iş
alətləri haqqında məlumatları struktursuz qeyd etməkdən ibarətdir. Belə ideya
cizgiləri işin ilkin planını işləməyə şərait yaradır.
2.1.2.
İlkin iş planının tərtibi
İlkin iş planı işlənən mövzunun məzmununun toplanmış ideyalar əsasında
formalaşan ilk strukturunu göstərir. Bu plan işin əsas mərhələlərinin ardıcıllığı
haqqında məlumat verərək onun əsas hissəsinin ilkin strukturunu ifadə edir.
Giriş və nəticə arasına daxil olan elmi işin bu bölməsində:
□
Seçilmiş problemə aid elmin hazırkı vəziyyəti göstərilir;
□
Elmi arqumentlər irəli sürülür (məsələn: bir nəzəri işdə sübuta yetirmə
və ya empirik tədqiqat üçün seçilmiş həll yolunun təsviri);
□
Nəzəri biliklərin artımı və ya empirik tədqiqatların nəticələrinin
prezentasiyası aparılır.
2.1.3.
Materialın toplanması
İlkin iş planın tərtibi ilə elmi materialların toplanmasına istiqamət verilmiş
olur. Materialın əldə edilməsi ilk növbədə ədəbiyyatların axtarışını əhatə edir.
Elmi işdə qoyulmuş məqsəddən asılı olmayaraq həmişə ilkin olaraq artıq
mövcud elmi nəticələrə (nəzəriyyə, empirik verilənlər və ya metodlar) istinad
edilir. Empirik işlərdə materialın toplanması zamanı əsasən empirik mövzunun
həcmi, ona ayrılmış vaxt və iş metodu nəzərə alınmalıdır.
2.1.4.
İş planının dəqiqləşdirilməsi və toplanmış materialın qiymətləndirilməsi
Toplamış məlumatların və ədəbiyyatların analizi əsasında iş planının nə
dərəcədə dəqiqləşdirilmə sinin mümkünlüyü yoxlanılır. Empirik işlərdə bu
mərhələ toplanmış məlumatların qiymətləndirilməsini də əhatə edir. Əgər bu
mümkün deyilsə, onda mövzunun yenidən öyrənilməsinə qayıdılır və aşkar
olunan maneə aradan qaldırılır.
Bu problem olmadıqda iş planının dəqiqləşdirilmə sinə başlamaq olar. Əldə
olunmuş ədəbiyyat mənbələrinin nəzərdən keçirilməsi planın təkmilləşdirilməsi
ilə paralel aparılır. Oxuma zamanı daimi olaraq diqqətdə saxlamaq lazımdır ki,
1)
baxılan ədəbiyyat hansı bölmədə, hansı fəsildə tətbiq oluna bilər,
2)
baxılan ədəbiyyat uyğun gəldiyi bölmənin və ya fəsilin altında bir neçə
kəlmə ilə qeyd oluna bilərmi?
Bu yolla mütaliyə zamanı arqumentasiya üçün dəyərli olan ədəbiyyatların
itməsi, nəzərdən qaçmasının qarşısı alınır. Ədəbiyyatların seçilməsi və
işlənməsinə III fəsildə ətaflı baxılır.
Empirik işlərdə əldə olunmuş məlumatların qiymətləndirilməsi bu mərhələdə
yerinə yetirilən ikinci fazadır. Yığma üsulundan (yazılı sorğu formulyarı,
müsahubələr və s.) və məqsəddən asılı olaraq qiymətləndirmə prosesi vaxta
qənaət üçün xüsusi proqram təminatlarının tətbiqi sayəsində dəqiq
planlanmalıdır.
2.1.5.
Mövzunun işlənməsi
Ədəbiyyat mənbələri qiymətləndirildikdən, şəxsi arqumentasiya xəttinə
daxil edildikdən və empirik qeydlərdən lazım olan məlumatların seçilməsindən
sonra mövzunun işlənməsinə başlamaq olar. Bu mərhələdə mövzu
nəticələrinin paralel olaraq qiymətləndirilməsi çaşqınlıq yarada bilər, ona görə
də nəticələr ayrıca bölmədə baxılmalıdır.
Ali məktəbdə (təhsilin sonunda) buraxılış işinin yazılması təhsil pilləsinin
daha bir mərhələsi kimi dəyərləndirilməlidir. Təcrübələr göstərir ki, ayrı-ayrı
mərhələlərin işlənməsində böyük həcmdə (bəzən 200 səhifə) material yığılır.
İşin sonunda isə bu materialdan buraxılış işləri üçün 45-60 səhifə həcmində
təmiz material işlənməlidir.
2.1.6.
İşin təhvili
İşin təhvili ilə elmi işin mərhələ modeli tamamlanır. Tamamlanmış elmi iş
elmi rəhbərə və ya kafedraya (magistratura və ya doktorantura şöbəsinə)
təhvil verilir. Bunu etməzdən öncə buraxılış işinin kənar şəxs tərəfindən
oxunub, dil baxımından korrektə edilməsi məsləhət görülür. İkinci şəxsin işə
baxması vacibdir, çünki tələbə artıq neçə vaxtdır bu işi yazdığından o, təbii
olaraq qrammatik, mexaniki və işarə səhvlərini görmür. Onun özünün korrektə
etmək imkanı yalnız optik qavrama ilə məhdudlaşır.
Sonuncu variantın işlənməsi tələsik şəkildə baş verməməlidir. Son
mərhələdə faylın əlavə variantının kompyüterin yaddaşında saxlanması
çaşğınlığa səbəb olur. Bu mərhələdə nəzərə çarpan xətalar düzəliş edildikdən
sonra onun çox vaxt bir neçə variantda yaddaşa verilməsi halları məlumdur.
Çap mərhələsində hansı variantın düzgün olmasını araşdırmağa vaxt
qalmadığından səhvlərə malik variant çap oluna bilər. İş tamam hazır
olduqdan sonra o lazım olan nüsxədə çap olunur.
Dostları ilə paylaş: |