dəyişilməsinin mümkünsüzlüyünü göstərmişdilər [12]. Yəni düz xətdən
kənarda yerləşən nöqtədən ona yalnız paralel bir düz xətt keçirmək olar. Bu
hipotezin geniş araşdırılması sayəsində müsbət və mənfi əyriliyə malik bir çox
qeyri-standart həndəsələr yaranmışdır (Lobaçevski və Riman həndəsləri). Bu
yeni həndəsi elmlər fəza strukturlarının tədqiqində tətbiq tapmış və hal-hazırda
kosmologiya və fizikada geniş istifadə olunur. Buradan görünür ki, Evklid
hipotezi rədd edilə bilmədi, ancaq onun əvəzində daha dəyərli elmi nəticələr
əldə edildi. Sosial sahələrdə hipotezlərin rolu böyükdü. Belə ki, ingilis iqtisadçı
alimi Con Meynard
Keynsin (1883-1946) araşdırmaları iqtisadiyyatdakı periodik neqativ
dəyişilmələri proqnoz etməyə imkan vermişdi. Nəticədə onun cəmiyyətə
təsirinin qarşısını almaq üçün preventiv tədbirlər görməyə imkanlar
yaranmışdır. Fransız alimi Leverye (1811-1877) Merkuri planetinin trayek-
toriyasında olan anomaliyanı əsas götürərək onunla günəş arasında daha bir
planetin olması hipotezini irəli sürür. Uzun illər bu planetin axtarışı ilə məşğul
olan astronomlar hipotezin yanlış olması qərarına gəlirlər. Amma axtarışların
nəticəsində Neptun planeti kəşf edilir [13].
Dostları ilə paylaş: