Fərziyyə verilmiş nəticənin səbəbi barədə təxmindir. Əgər fərziyyə
müşahidə olunan faktlara uyğundursa, onda onu nəzəriyyə və ya qanun
adlandırırlar.
Qanun hadisələrin daxili mühüm əlaqəsidir və onların zəruri
qanunauyğun inkişafını şərtləndirir. Qanun hadisələr və xassələr arasında
müəyyən dayanıqlı əlaqəni ifadə edir. Qanunu isbat etmək üçün
mühakimələrdən istifadə olunur. Həmin mühakimələr əvvəlcədən doğru kimi
tanınırlar.
Bəzən bir-birinə zidd olan mühakimələr eyni dərəcədə isbat oluna
bilirlər. Bu halda elmdə paradoksun meydana gəlməsi haqqında danışırlar.
Geniş mənada
paradoks ümumi qəbul olunmuş fikirdən kəskin
fərqlənən fikirdir. O, şərtsiz düzgün olanın inkarıdır. Dar mənada
paradoks
bir-birinə zidd olan elə iki mühakimədir ki, onların hər biri üçün inandırıcı
arqumentlər var.
Səhvləri aradan qaldırmaq üçün isbatın məntiqi
formal məntiqin
Dostları ilə paylaş: