qiymətləndirilməsi kifayət deyil. Həmçinin, burada onun həlli üçün texniki
vasitələrin olması zəruridir. Yəni, istənilən problem elm qarşısında qoyula
bilməz, əks halda o həll olunmayan problemlərə aid edilir.
Problemin qoyulmasından öncə ilkin tədqiqatların aparılmasına ehtiyac var.
İlkin araşdırmalar problemin konkretləşdirilməsinə və onun həlli yollarının
seçilməsində önəmli yer tutur. Elmi problemin belə işlənməsi bir neçə pillədə
aparılr. İlkin olaraq alınmış yeni faktlar və hadisələr məlum nəzəriyyələr
çərçivəsində izah edilir. Faktların çoxluğu yeni nəzəriyyələrin işlənməsinə
tələbat yaradır. Növbəti addımda problemin həlli yolları və ideyaların ilkin
analizi və qiymətləndirilməsi aparılır. Əslində burada problemin həlli üçün
vacib olan hipotezin heç bir həll yolu göstərilmədən əsaslandırılması baş verir.
Qoyulan problemin növü və həlli onun məqsədinin, həmçinin digər
problemlərlə əlaqəsinin aşkarlanmasına yol açaraq konkret halda həll yolunu
düzgün qiymətləndirməyə imkan yaradır. Mövcud nəzəriyyələr və empirik
məlumatlar kifayət qədər olmadıqda problemin həllinə məhdudiyyətlər
qoyulur. Məlum nəzəriyyələrin, həll yollarının və məqsədlərin düzgün
qiymətləndirilməsindən
sonra
qoyulmuş
problemin
ilkin
təsvirinin
dəqiqləşdirilməsi mümkün olur.
Dostları ilə paylaş: