ibarət deyil. Bu nəticədə həmişə müəyyən qədər nəzəri əsaslara söykənən
izaha ehtiyac var” [9, 10]. Elmi-tədqiqatın empirik mərhələsində bir-birindən
xarakterik fərqlənən məsələlər həll olunur.
Birinci mərhələdə faktların əldə olunmasına cəhd edilir. Bütün faktların
başlanğıcı real həqiqətlərdir: tarixi hadisələr, şəxsiyyətlərin və xalqların
fəaliyyət göstəriciləri, həmçinin təbii hadisələr və proseslər. Tədqiqatçı heç də
həmişə hadisə və proseslərlə bağlı ilkin faktlarla işləmək imkanına malik
olmur. Bu, çox vaxt zaman və məkan amilləri ilə bağlıdır. Ona görə də, elmdə
bir çox hallarda ikinci və ya üçüncü dərəcəli faktlarla işləyirlər. Müxtəlif yol və
üsullardan istifadə etməklə tədqiqatçı faktları toplayır, seçir və bununla işin
sonrakı mərhələləri üçün baza yaradır.
Empirik tədqiqatın ikinci mərhələsi toplanmış faktların ilkin emalı və
qiymətləndirilməsi ilə məşğul olur. Bu mərhələdə artıq düşündürücü işə qədəm
qoyulur. Tədqiqatçı nəyin fakt olması, nəyin isə sadəcə fikir olmasına aydınlıq
gətirməyə çalışır. O, elmin nəzəri əsaslarına, qanun və kateqoriyalarına
əsaslanaraq faktların məzmununu təyin edir, onlar arasındakı əlaqəni
aydınlaşdırır, xassələrinin vacibliyinə və aktualllığına görə onları qruplaşdırır.
Nəzəri mərhələdə tədqiqatçı faktların dərin analizi ilə məşğul olur. Burada
araşdırılan hadisənin məzmunu izah edilir, qanunlar üzə çıxarılır və formulə
edilir. Növbəti addımda hadisənin və ya prosesin gələcək gedişatı
proqnozlaşdırılır və bunun əsasında müxtəlif proses və hadisələrin praktiki
idarə edilməsi üçün prinsipial göstərişlər işlənir. Ancaq faktların sinifləşdirilməsi
hələ də elmi elm etmir. Bu o vaxt baş verir ki, o faktın yaranmasını izah və
proqnoz edərək, praktiki fəaliyyətini insanlara yönəltsin.
Elmi problemin qoyulması, tədqiqatın empirik və nəzəri mərhələləri
arasında birləşdirici bənd rolunu oynayır.
Dostları ilə paylaş: