Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və


Mühazirə 7. Elmin tədqiqat prosesinin məntiqi quruluşu, spesivik



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə30/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   80
Tədqiqat üsulları

Mühazirə 7. Elmin tədqiqat prosesinin məntiqi quruluşu, spesivik                                
metodlar, fəaliyyət məhsulunun öyrənilməsi 
 
Təhsildə pedaqoji tədqiqatlar aşağıdakı metodların köməyi ilə həyata keçirilə 
bilər: 
1. 
Nəzəri tədqiqat metodu. 
2. 
Empirik tədqiqat metodu. 
3. 
Riyazi tədqiqat metodu. 
 
Empirik tədqiqat metodları: 

sorğu anketləri; 

söhbət; 

monitorinq; 

müşahidə; 

eksperiment; 

qruplarla iş; 

müsahibə; 

test. 
Sorğu  anketləri  (Anketləşdirmə).  Anketləşdirmə  metodu  mahiyyəti  etibarilə 
 


 
 
müsahibə  metodunun  yazılı  şəklidir.  Bu  metodun  tətbiqində  başlıca  məsələ 
anketin  məzmunlu,  dəqiq  tərtib  edilməsidir.  Anketləşdirmə  müsahibəyə 
nisbətən sərt məntiqi konstruksiyaya malikdir. Anket üçün suallar əvvəlcədən 
seçilir  və  mümkün  olan  yazılı  cavablar  da  müəyyənləşdirilir.  Anket  sorğusu 
həmişə eksperimentatorun respondentlərlə üzbəüz ünsiyyətdə olmasını tələb 
etmir.  Bu  metod  tədqiqata  daha  çox  şagirdi  cəlb  etmək  imkanı  verir. 
Anketləşdirmə  ehtimallara  əsaslanır.  Tədqiqatın  məqsədinə  uyğun  verilən 
suallara  şagirdlərin  cavabları  təhlil  olunur,  kütləvi  materialla  ilkin  tanışlıq 
həyata keçirilir. Hazırda 
pedaqoji tədqiqatlarda açıq və gizli, adlı və adsız və s. anket sorğularından 
istifadə olunur. 
Müşahidə  tədqiqat  metodu  kimi.  Pedaqoji  -  psixoloji  tədqiqatların  təşkilində 
ən  çox  istifadə  olunan  x^ə  geniş  yayılmış  metod  müşahidə  metodudur. 
Müşahidə  bizi  əhatə  edən  varlığın  uzun  müddət  ərzində  məqsədə  yönəlmiş, 
planlı  şəkildə  qavranılmasıdır.  Müşahidə  bizi  əhatə  edən  varlığı  dərketmə 
mənbəyi olmaqla fikrimizə təkan verir. 
Eksperiment.  Tədqiqat  işində  eksperiment  mühüm  əhəmiyyət  kəsb  edir. 
Belə  ki,  bu  metoddan  istifadə  edərkən  tədqiqatçı  ilk  növbədə  öyrənmək 
istədiyi  məsələyə  daha  tez  nail  olmaqdan  ötrü  tələb  edilən  vəziyyəti  özü 
yaradır;  sonra  hansı  şəraitdə  daha  yaxşı  nəticə  almağı  bilmək  məqsədilə 
prosesin  gedişini  istədiyi  vaxt  dəyişdirir;  daha  sonra  əldə  etdiyi  məlumatın 
dəqiqlik  dərəcəsini  müəyyənləşdirmək  üçün  təcrübəni  dəfələrlə  təkrar  edir; 
nəhayət  öyrəndiyi  pedaqoji  prosesi  daha  düzgün  və  ətraflı  qeyd  etməkdən 
ötrü lazımi texniki vasitələri də hazırlayır. 
Bütün  bunlar  isə  hər  hansı  bir  prosesi  dərindən  və  düzgün  tədqiq  etməyə 
imkan verir. 
Müsahibə. Araşdırılan məsələ ilə bağlı müəyyən faktlar, hadisələr haqqında 
hər hansı insan qrupunun ictimai rəyini öyrənmək, məlumat almaq məqsədi 
ilə aparılır. 


 
 
Müsahibə - bu sadəcə bildiyimiz, həmişə etdiyimiz söhbət deyildir. Müsahibə 
metodu  -pedaqoji  psixoloji  tədqiqatlarda  əvvəlcədən  hazırlanmış  plan 
əsasında  keçirilən  məqsədli  sölıbətdir.Müsahibənin  kimlərlə  və  nə 
məqsədlə  aparılacağı,  hansı  sualların  və  nə  üçün  məhz  həmin  sualların 
veriləcəyi əvvəlcədən ətraflı ölçülüb biçilir. Bu metod əsasən informasiya 
əldə  etmək  və  ya  müşahidə  zamanı  aydın  olmayan  məsələləri 
aydınlaşdırmaq  məqsədilə  aprılır.  Tədqiqat  metodu kimi müsahibə  daha 
canlı və təbii səciyyə daşıyır. 
Test  —  prosesin  öyrənilən  tərəfini  ciddi  nəzarət  olunan  şəraitdə 
obyektiv  öyrənməyə  imkan  verən  məqsədyönlü,  hamı  üçün  eyni 
zamanda  keçirilən  yoxlamadır.  Başqa  yoxlama  metodlarından  fərqli 
olaraq test dəqiqliyi, sadəliyi, avtomatlaşdırma imkanları ilə seçilir. Test, 
hər  şeydən  əvvəl,  təlim  müvəffəqiyyətini  yoxlamaq  üçün  tətbiq  olunur. 
Bu  məqsədlə  “müvəffəqiyyət”,  “yekun”,  “sürət”  və  “əqli  inkişaf 
səviyyəsini” müəyyənləşdirən testlərdən geniş istifadə edilir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin