Eksperimentin mərhələləri:
1) Eksperimental əməliyyatların empirik izahı, onların müşahidə oluna
bilən bəzi digər kəmiyyətlər şəklində təsvir olunması.
2) Nəzəri kəmiyyətlərin empirik izahının seçilməsi.
3) Eksperiment şəraitinin və istifadə olunan cihazların seçilməsi.
4) Obyektə təsir göstərilməsi, onun reaksiyasını müşahidə edilməsi,
nəzarət olunan kəmiyyətlərin ölçülməsi.
5) Əldə olunmuş verilənlərin emal edilməsi, onların nəzəri dərk edilməsi
və elmə daxil edilməsi.
Tədqiqatın metodologiyası - tədqiqat zamanı rəhbər tutulan metodoloji
prinsiplərin məcmusu başa düşülür ki, bu da elmi problemlərin həllinə
yol açır. Tədqiqatın müvəffəqiyyəti onun metodlarını düzgün seçib tətbiq
etməklə sıx bağlıdır.
Təhsildə pedaqoji tədqiqatlar aşağıdakı metodların köməyi ilə həyata
keçirilə bilər:
1.
Nəzəri tədqiqat metodu.
2.
Empirik tədqiqat metodu.
3.
Riyazi tədqiqat metodu.
Nəzəri tədqiqat metodları
Bu metod toplanmış ədəbiyyat və elektron materiallarının təhlilinə
əsaslanır. Bu metodun köməyi ilə əvvəllər digər tədqiqatçıların bu
sahədə apardıqları işlər öyrənilir və bu, tədqiqatçıya müəyyən bilik və
məlumatlar toplamağa imkan verir.
Nəzəri tədqiqat metodları kimi təhlil (analiz), tərkib (sintez), induksiya
(xüsusi mühakimələrdən ümumi nəticələrə doğru) və deduksiyadan
(ümumidən konkretə doğru) istifadə etməklə elmi nəticələr əldə olunur:
-
pedaqoji fikir tarixinin öyrənilməsi;
-
arxiv materiallarının öyrənilməsi;
-
nəzəri tədqiqat metodlarının tətbiqi istiqamətləri;
-arxiv materiallarının öyrənilməsi.
Analiz - bu tədqiqat metodudur, hansı ki, əşyanı öyrənmək üçün, onu
fikrən və yaxud praktiki olaraq tərkib elementlərinə parçalamaq yolu ilə
öyrənir (obyektin hissələri, onun əlamətləri, xassələri, münasibətləri,
xarakteristikaları, parametrləri və s.). Ayrılmış hər bir hissə, vahid tamın
tərkibində ayrıca analiz edilir. Məsələn, işçilərin əmək məhsuldarlığının
analizi hər bir sex üzrə və bütölükdə müəssisə üzrə həyata keçirilir.
Sintez - obyekti bütöv şəkildə, tamlıqda və onun hissələrinin qarşılıqlı
təsiri halında öyrənmə metodudur.
Elmi tədqiqatlar prosesində sintez analizlə bağlıdır, çünki o, əşyanın
analiz zamanı ayrılmış hissələrini birləşdirməyə imkan verir, onların
əlaqəsini qurmağa və əşyanı vahid tam kimi dərk etməyə imkan verir
(məsələn, bütövlükdə istehsalat birliyi üçün əmək məhsuldarlığı).
İnduksiya - tədqiqat metodudur, burada elementlər çoxluğunun
əlamətləri haqqında ümumi nəticə, bu çoxluğun müəyyən hissəsinin
elementlərində bu əlamətləri öyrənmək əsasında edilir.
Məsələn, əmək məhsuldarlığına mənfi təsir göstərən amillər hər bir
ayrıca müəssisə üçün öyrənilir, sonradan alınmış nəticələr (verilənlər)
bütövlükdə istehsalat birliyi iizrə ümumiləşdirilir ki, onun tərkibinə bütün
bu müəssisələr istehsalat vahidi kimi daxil edilir.
Deduksiya - məntiqi əqli nəticə metodudur- ümumidən xüsusiyə doğru,
burada əvvəlcə obyektin vəziyyəti bütövlükdə, sonra isə onun ayrı-ayrı
elementləri tədqiq edilir.
Əvvəlki misala tətbiqən , əvvəlcə əmək məhsuldarlığı bütövlükdə
istehsalat birliyi üzrə analiz edilir və sonra onun istehsalat vahidləri üzrə
(ayrı-ayrı müəssisələr) analiz yerinə yetirilir
Dostları ilə paylaş: |