əvvəl, əldə edilmiş materiallar sistemləşdirilir, təsnifləşdirilir, onların
düzgünlüyü yoxlanılır, sonra isə qruplaşdırma aparılır. Düzgün aparılmış
qruplaşdırma sosiai-iqtisadi hadisə və prosesləri elmi cəhətdən tədqiq
etməyin ən etibarlı vasitəsi və başlıca üsuludur.
Statistik tədqiqatin 3-cü, həlledici mərhələsində məlumatlar təhlil
olunur. Çünki bu məlumatlar nə qədər tam və düzgün olsalar da elmi
cəhətdən təhlil edilməsələr, sosial- iqtisadi hadisələrin mahiyyətini dərk
etmək üçün kifayət deyildir. İqtisadi təhlildə əsas məqsəd isə ictimai
hadisə
və
proseslər
arasındakı
qarşılıqlı
əlaqə,
asıllıq və
qanunauyğunluqları öyrənməkdir.
Üçüncü mərhələdə ümumiləşdirilmiş statik göstəricilərin tətbiqi
əsasında (mütləq,nisbi və orta kəmiyyətlər,variasiya,əlaqələrin sıxlığı və
sosial-iqtisadi hadisələrin vaxt etibarı ilə dəyişmə sürəti,indekslər və s.)
statistik informasiyanın iəiıiiii həyata keçirilir.Həyata keçirilən təhlil
öyrənilən
hadisə
və
proseslərin
səbəb-nəticə
əlaqələrini
yoxlamağa,müxtəlif amillərin qarşılıqlı fəaliyyətini və təsirini müəyyən
etməyə,qəbul edilmiş idarəetmə qərarlarının səmərəliliyini ,mövcud
vəziyyətin mümkün sosial və iqtisadi nəticələrini qiymətləndirməyə
imkan verir. Statistik məlumatlar təhlil olunduqda, hesablama
nəticəsində əldə edilmiş ümumiləşdirici göstəriciləri əyani təsvir etmək
üçün cədvəllərdə əks etdirilir, lazım gəldikdə qrafiklərlə təsvir
olunur.Sual 7. Sistem analizi, sınaq metodikaları
Dostları ilə paylaş: