Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə27/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   80
Tədqiqat üsulları

Empirik tədqiqat metodları 
Müşahidə, ölçmə və eksperiment empirik tədqiqat metodlarıdır. 
Müşahidə  bütün  digər  empirik  metodların  əsasında  durur.  Müşahidə 
həm  ölçmənin,  həm  də  eksperimentin  tərkibinə  daxildir.  Amma  müşahidə 
ölçməsiz və eksperimentsiz də ola bilər. Empirik informasiya əldə etmək üçün 
və  ya  empirik  mühakimələrin  doğruluğunu  yoxlamaq  üçün  müşahidədən 
istifadə olunur. 
Gerçəkliyin  predmet  və  hadisələrini  dərk  etmək  məqsədilə  onların 
qavranılması  elmi  müşahidə  adlanır.  Müşahidə  zamanı  aşağıdakıları 
göstərirlər: 
-  m
üşahidə obyekti; 
-  m
üşahidə subyekti; 
-  m
üşahidə vasitələri; 
-  m
üşahidə şəraiti; 
-  m
üşahidənin  məqsədini  formalaşdırmaq  və  müşahidənin  nəticələrini 
izah etmək üçün istinad olunan biliklər sistemi. 
Vacib şərt – intersubyektivlikdir, yəni hər kəs müşahidəni eyni nəticə 
ilə  təkrar  edə  bilsin.  Yalnız  bu  halda  müşahidəni  elmə  daxil  etmək  olar. 
Əlbəttə, əgər müşahidəçilər yanlış nəzəri biliklərə əsaslanırsa, onlar səhv edə 


 
 
bilərlər. Hər bir ayrıca elmi dövr daxilində intersubyektivlik müşahidənin nisbi 
obyektivliyini göstərir. 
Müşahidələr  bilavasitə  və  dolayı  olur.  Bilavasitə  müşahidələrdə  alim 
özü  obyekti  müşahidə  edir.  Dolayı  müşahidələrdə  alim  obyektin  digər 
obyektlərlə qarşılıqlı təsirinə əsasən nəticə çıxarır. 
Müşahidə zamanı obyektə birbaşa təsir göstərilmir. 
Obyektin  xassələrinin  ədədi  qiymətlər  şəklində  təsvir  olunması  prosesi 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin