sərbəst empirik tədqiqat metodu kimi qəbul edilməsinə qərar verilir. Bunu bir
neçə nəzəri metodlara da aid etmək olar. Məsələn, elmi biliyin aksiomatik
quruluş metodu uzun illər sırf riyaziyyata aid edilmişdir. Son vaxtlar isə o digər
elmlərdə (fizika, nəzəri biologiya və linqvistika) geniş tətbiq olunaraq
formallaşdırılmış dillərin qurulma metodlarının əsasını təşkil edir.
Bundan
əlavə
elmi-tədqiqatın metodologiyası ümumi idrak
metodologiyasının həm nəzəri, həm də praktiki nöqteyi nəzərdən daha aktual
tərkib hissəsi sayılır. Metodologiya tədqiqat metodlarını daha dərindən analiz
etməyə imkan verir. Belə analiz bir çox yeni elmi fənlərin xüsusiyyətlərini
öyrənərək aktual xüsusi nəzəriyyələrin yaranmasına gətirib çıxarıb. Məsələn,
eksperimentin riyazinəzəriyyəsi sınaqların planlaşdırılması və nəticələrin
emalına imkan verən çoxlu sayda metod və üsulları aşkar edir. Onun nəticələri
ilə istənilən tədqiqatçı işləyə bilir. Eyni fikirləri sistem, struktur-funksional
analiz və ya modelləşdirmə metodu kimi ümumi nəzəri metodlara da aid
etmək olar.
Bir sözlə, metodologiyaya nə metodlar haqqında bir elm kimi nə ayrı- ayrı,
nə də ümumiləşdirilmiş elmi metodlar toplumu kimi baxmaq olmaz. Burada
söhbət əsasən bu metodların elmi biliyin əldə olunması yolunda tətbiq
sərhədlərinin araşdırılıb üzə çıxarılmasından gedir. O, dərketmə metodlarının
yaranması, mənası, effektivliyi və digər xüsusiyyətlərini öyrənir. Elmi biliyin
inkişafının istənilən mərhələsində metodların təyinatı və əsaslandırılması,
onların köhnələrdən fərqini aşkar etmək üçün vacibdir. Bu baxımdan
metodologiya gələcəyə yönəlmiş bir elmdir. O, elmin inkişafını qabaqlamaq
zərurətindədir [9].
Dostları ilə paylaş: