Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə19/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   80
Tədqiqat üsulları

Empirik tədqiqat metodları 
Müşahidəetmə  -  ətraf  mühitdə  baş  verən  hadisələrin  insan  tərəfindən 
araşdırılması  və  mənasını  dərk  etmək  üçün  onların  məqsədyönlü  mənim-
sənilməsinə  xidmət  edir.  Müşahidə  zamanı  araşdırılan  obyekt  heç  bir  təsirə 
malik  qalmır.  Əsaslı  nəticə  əldə  etmək  üçün  müşahidə  təkrarən  aparılır. 
Birbaşa  (vizual)  və  ya  bilavasitə  müşahidə  (texniki  avadanlığın  -  cihazların 
köməyi ilə) üsulu fərqləndirilir. 
Təsviretmə  -  müşahidə  zamanı  qazanılmış  hissin  faktların  köməyi  ilə  yazılı 
şəkildə  qeyd  olunmasıdır.  Burada  əldə  edilən  bilik  fərdi  idrak  üçün  material 
kimi tətbiq olunur. Təsviretmə empirik, kəmiyyət və keyfiyyət şəklində aparılır. 
Empirik  təsviretmədə  obyekt  və  proses  haqqındakı  məlumatlar  (hisslər) 
sonrakı mərhələlərdə əlverişli istifadə olunmaq üçün rəqəmlər, sxemlər və ya 
dil  anlayışları  vasitəsilə  qeyd  olunur.  Təsviretmə  müşahidənin  tamamlayıcı 
mərhələsi olub, təsvir olunan problemin dərinliyinə baş vurmur. Əsas məqsəd 
tədqiq olunan obyektin imkan daxilində ətraflı qeyd olunmasıdır. Kəmiyyət və 
keyfiyyət terminləri təsvir- etmədə önəmli rol oynayırlar. Elmin inkişafında çox 
vaxt  elə  olub  ki,  hadisə  öncə  keyfiyyət  formasında  baş  verib,  yalnız  bundan 
sonra  onun  kəmiyyətlə  təsviri  mümkün  olub.  Müasir  elmdə  keyfiyyət  və 
kəmiyyət  təsvirləri  vahid  tədqiqat  prosesinin  müxtəlif  tərəflərini  təmsil  edirlər 
və  onlar  bir—biri  ilə  sıx  bağlıdırlar.  Keyfiyyət  təsviri  “müşahidə  protokolu” 
adlanan,  müxtəlif  ölçmə  prosedurları  zamanı  yaranan  cədvəl,  qrafik  və 
matrisalar  şəklində  həyata  keçirilir.  Müasir  təsviretmə,  ölçmə  əməliyyatının 
daxil olduğu riyazi aparata söykənir. 
Müqayisə  -  dərketmənin  ən  geniş  yayılmış  metodlarındandır.  Əbəs  yerə 


 
 
deyilməyib  ki,  hər  şey  müqayisə  zamanı  üzə  çıxır.  Müqayisənin  səmərəli 
aparılması üçün iki əsas tələbat yerinə yetirilməlidir: 

yalnız aralarında obyektiv ümumilik mövcud olan hadisələrin müqayisəsi 
məqsədəuyğundur, 

obyektlərin müqayisəsi vacib göstəricilər əsasında aparılmalıdır. 
Ölçmə - tədqiqat obyektinin kəmiyyət göstəricilərinin xüsusi texniki qurğuların 
və  ölçmə  vahidlərinin  tətbiqi  ilə  əldə  olunmasına  xidmət  edir.  Ölçməndə 
keyfiyyətin əsas göstəricisi və onun elmi dəyəri tədqiqatçının qabiliyyətindən, 
həmçinin tətbiq olunan qurğuların dəqiqliyindən asıldıır. 
Eksperiment  -  elmi  araşdırmada  hipotezin  yoxlanması  və  ya  fenomenlər 
arasında  səbəbiyyət  əlaqələrinin  elmi  tədqiqi  üçün  yerinə  yetirilən  hərəkətlər 
və  müşahidələr  toplumudur.  Sınaqlara  qoyulan  əsas  tələb  onun  təkrar- 
olunma qabiliyyətidir. 
Eksperimentin  müşahidədən  üstün  cəhəti  ondan  ibarətdir  ki,  sınaq  zamanı 
bu və ya digər hadisəni „təmiz halda“ öyrənmək mümkünləşir. Digər tərəfdən 
eksperiment  obyektin  xassələrini  ekstremal  şəraitdə  tədqiq  etməyə  şərait 
yaradır. Eksperiment bir başa obyekt üzərində və ya dolayı yolla onun modeli 
üzərində aparılır. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin