1.1.
Elmi-tədqiqat üsullarının strukturu və mərhələləri
Elmi bilik elmi-tədqiqat prosesi sayəsində qazanılır. Tədqiqat işləri bilik
istehsalının əsas hərəkətverici qüvvəsidir. Bu baxımdan elmi-tədqiqat
fəaliyyəti strukturunun yaxından öyrənilməsi önəmlidir. Elmi-tədqiqat
fəaliyyətinin əsas təşkiledicisinə subyekt, obyekt və vasitə daxildir. Bu halda
“subyekt-obyekt” adlanan qnoseoloji sistem konkretləşərək bu formanı alır:
“tədqiqatçı-tədqiqat vasitəsi-tədqiqat obyekti” [1-3]. Müasir cəmiyyətdə
subyekt bir-bir ilə qarşılıqlı əlaqədə olan üç müstəvidə mövcuddur. Birinci
müstəvidə subyekt kimi, elmi işi kollektiv işin tərkib hissəsi olmayan fərd
(tədqiqatçı, alim) fəaliyyət göstərir. İkinci müstəvidə elmi idrakın subyekti kimi
kollektiv çıxış edir. Burada fərdi biliklərin inteqrasiyası “yığcam alim”
(laboraoriya, institut, akademiya və s.) rolunu oynayır. Sonuncu, üçüncü
mərhələdə elmi idrakın subyekti kimi bütöv bir cəmiyyət çıxış edir. Bu halda ön
plana elmin sosial təşkili və onun müxtəlif sosial-iqtisadi strukturlardakı
xüsusiyyətləri üzə çıxarılır. Beləliklə, qeyd olunan müstəvilər fərdi və kollektiv
dialektikanı elmi idrakın subyektində göstərməyə imkan verir [2]. Bu hər üç
müstəvi elmdə təqdim olunur və hər birinin öz əhəmiyyəti var.
Elmi fəaliyyətin obyekti tədqiqatçının aktiv maddi-praktiki və nəzəri
fəaliyyəti zamanı meydana gəlir. Reallığın bir parçasının elmin obyektinə
çevrilməsi üçün ona fiziki təsir göstərilir, məsələn, fiziki-praktiki sınaq zamanı.
Reallığın nəzəri təfəkkürün obyektinə çevrilməsi üçün isə onu elmi abstraksiya
üsullarının köməyi ilə ideal obyektə “çevirirlər”. Buradan “elmin predmeti”
anlayışının yaradılması zərurəti meydana gəlib.
Eyni bir obyekt bir çox elm sahələrinin predmetinə çevrilə bilər, məsələn
insan onlarca elm sahələrində (təbiət elmləri, sosial-humanitar elmlər)
tədqiqat obyekti kimi öyrənilmişdir. Eyni misalı dil, texnika üçün də çəkmək
olar. Gələcəkdə verilən obyekt haqqında, müxtəlif elm sahələrindən əldə
edilən biliklərin sistemli yanaşma üsulunun köməyi ilə birləşdirilməsi sayəsində
ümumi nəzəriyyənin və eyni zamanda yeni fənnin yaradılmasına ehtiyac
duyula bilər. Başqa bir hal da mümkündür: elmin predmeti mövcud bir çox
obyektlərin məlum parametrlərini müəyyən münasibətdə əks etdirir. Məsələn,
kimya elminin predmeti - müxtəlif maddələrin tərkibinin və quruluşunun
dəyişilməsi ilə müşaiyət olunan çevrilməni əhatə edir; fiziologiyanın predmeti -
müxtəlif canlı orqanizmlərin funksiyalarını (boyu, çoxalması, nəfəsalması və
s.), onların ətraf mühitə uyğunlaşmasını, mənşəyini və evolyusiya ərəfəsində
inkişafını öyrənir.
Elmi fəaliyyətin vasitələrinə material-texniki cihazlar, alətlər, avadanlıqlar və
s., həmçinin dil vasitələri - ümumi və elmi dil daxildir. Onu da qeyd etmək
lazımdır ki, son zamanlar texniki inkişaf sayəsində elmi-tədqiqatın bütün
vasitələrinin yeniləşməsi nəzərə çarpır. Prinsipial məqam kimi, kompyüter və
elmi işçilərin təkcə verilənlər bazalarına daxil olmaq imkanı yox, həmçinin
ekspert dairələrində nəticələrin müzakirəsinə imkan verən və beynəlxalq
məlumat məkanında yerləşdirilməsinə şərait yaradan internetin tədqiqat
işlərinin tərkib hissəsi olması danılmazdır.
Elmi fəaliyyətin araşdırılan komponentləri onun strukturunu açdığı halda,
fəaliyyətin struktur analizi elmi-tədqiqatın mərhələlərini aydınlaşdırmağa
xidmət edir. Ümumi şəkildə aşağıdakı mərhələləri qeyd etmək olar:
□ Problemin qoyuluşu;
□
Tədqiqat obyektinin seçilməsi;
□
Eksperiment;
□
Eksperimentdə alınan faktlarn təsviri və izahı;
□
Hipotezin (nəzəriyyənin) yaradılması;
□
Əldə olunan biliyin yoxlanılması.
O da aydındr ki, tədqiqat işlərinin mərhələləri tətbiq olunan təbiət, riyaziyyat
və ya sosial-humanitar elmlərin xüsusiyyətlərindən asılı olaraq dəyişilir.
Metodologiyada elmi bilik və öyrədici fəaliyyətdən ibarət ümumi sistemi
struktur baxımından məhdudlaşdırmaq üçün empirik və nəzəri səviyyələr
mövcuddur [4]. Bu anlayışlara yaxından baxaq. Empirik gündəlik praktiki
biliklərə aid edilmir. Çünki o, gündəlik biliklərdən fərqli olaraq məqsədyönlü,
sistemli şəkildə xüsusi metodlarla işləyən xüsusi elmi dərketmə səviyyəsi
hesab olunur. Bu səbəbdən də, istənilən əqli fəaliyyəti nəzəri hesab emək
olmaz. Nəzəri və empirik bilikləri həmçinin hissi və ya məntiqi olaraq
müqayisə etmək də düzgün deyil. Ümumi prosesin tərkibi kimi hissiyyat və
məntiq istənilən idrakı səciyyələndirir. Hiss etmək və düşünməyə parçalama
beyin fəaliyyətinin yüksək fizioloji parametrlərinə söykəndiyi halda, empirik və
nəzəriyyəyə bölmə fərqli olaraq elmi idraka aid edilir və biliyin forma və
metodlarını, tədqiqatın növünü sinifləşdirir. Empirik və nəzəri səviyyələr ilkin
olaraq fəaliyyətin üsulu və metodlarına görə fərqlənirlər. Empirik mərhələnin
kökündə predmet - silah (vasitə) və elmi-praktiki fəaliyyət durur. Bunun
köməyi ilə ilkin məlumatların toplanması və ümumiləşdirilməsi mümkünləşir.
Nəzəri mərhələdə isə abstrakt-nəzəri fəaliyyət sayəsində ideal modellər və
biliklər sistemi əldə olunur. Digər tərəfdən elmi biliyin səviyyəsi onun forma və
xarakterinə görə bölünür: empirik səviyyədə heç də həmişə obyektin xassələri
və yaranma səbəbləri göstərilmir və yalnız fakta söykənən biliklər formalaşır;
nəzəri səviyyədə nəzəri biliyin məntiqi təşkil olunmuş formada tətbiqi
sayəsində hadisələrin xarakteri və qanunauyğunluqları yaradılır. Hər bir
səviyyənin
xüsusiyyətləri
növbəti
bölmədə
ayrıca
izah
edilir.
Elmi dərketmənin səviyyələrə bölünməsi onunla bağlıdır ki, onlar bir-biri ilə
qarşlıqlı əlaqədədirlər. Heç bir empirik araşdırma “karkas” rolunu oynayan
nəzəri əsas olmadan aparıla bilmir. Bu anlayışlar və prinsiplər sistemi empirik
tədqiqat üçün ilkin şərt sayılır. Başqa tərəfdən məlumdur ki, nəzəriyyə nə
qədər abstrakt olsa da, sonda o da praktikaya, empirik verilənlərə söykənir.
Empirik
və
nəzəri
tədqiqatları
qarşı-qarşıya
qoymaq
metodoloji
konstruksiyaetmə fəaliyyətinin nəticəsi olan abstrakisya növü sayılır. Bu
zaman fərdi ilə ümumi, hadisə ilə mahiyyət, empirik faktlar və onların nəzəri
izahı arasında dərin daxili əlaqənin mövcudluğu nəzərdə tutulur. Onu da qeyd
etmək lazımdır ki, empirik və nəzəri səviyyələrin abstraktlaşdırılması nisbidir
və
real
biliyin
struktur
təşkiledicilərini
tam
əks
etdirmir.
Hər bir tədqiqat səviyyəsi öz bilik metod və formaları ilə səciyyələnir. Amma
elə elmlər də vardır ki, orada biliyin nəzəri və empirik səviyyələrə bölünməsi
mümkün deyil. Məsələn, məntiqi-riyaziyyat fənləri nəzəri səviyəyə aid edilsə
də, onlara oxşar olan təbiət-tarixi fənləri geologiya, paleontologiya və bir çox
başqaları əsasən empirik səviyyədə mövcuddurlar. Humanitar sahələrdə də,
empirik və nəzəriyyə səviyyələrində də biliyin abstraktlaşdırılması müəyyən
çətinliklər yaradır. İş ondan ibarətdir ki, bu halda yalnız biliyin
formallaşdırılması və riyaziləşdirilməsi çətinlik yaratmır, həmçinin obyektlərin
özləri dil fenomeni baxımından ikili xarakterdaşıyır və material və şərti
göstəricilərin ayrılmasınıçətinləşdirirlər.
Dostları ilə paylaş: |