öyrənilməsi zamanı, xammalın yoxlama açılışları zamanı, texnoloji
əməliyyatları yerinə yetirərkən və s. hallarda tətbiq edilir.
Eksperiment - tədqiqat aparmaq üçün elmi olaraq qoyulmuş təcrübədir
ki, bunun sayəsində nəzəri tədqiqatların nəticələrinin düzgünlüyü
yoxlanılır. Eksperimentin müxtəlif növləri ola bilər.
Eksperimentlər dəqiq nəzərə alınan şəraitlərdə keçirilir ki, burada
hadisələrin gedişatmı müşahidə etmək imkanı yaranır və onu verilmiş
şəraitlərdə təkrarən yaratmaq mümkün olur, məsələn, xalq təsərrüfatının
bir sıra sahələrində yeni planlaşdırma sisteminin, idarəetməsinin və
stimullaşdırılmasının tətbiqi barədə eksperimentlərin aparılması.
Eksperimental tədqiqatlar xüsusi laboratoriya qurğusundan istifadə
etməklə elmi laboratoriyada və ya onsuz, müəssisələrdə məhsulun
mövcud niimənələri üzərində təcrübi sənaye qurğusundan istifadə
etməklə və ya onsuz, çöl şəraitində müəyyən elmi yığımdan, xüsusi elmi
cihazlardan və avadanlıqlardan istifadə etməklə aparıla bilər.
Elmi idrakın konkret-elmi (özəl) metodları konkret elmlərin, məsələn
iqtisadi elmlərin spesifik metodlarıdır. Bu metodlaV cari elmin məqsəd
funksiyasından asılı olaraq formalaşdırılır
yə bircins elm sahələrinə
qarşılıqlı nüfuz etmələrlə xarakterizə olunur. Məsələn,iqtisadi analiz
metodları mühasibat uçotu və statistikanın bazasında inkişaf etmişdir,
onlar qarşılıqlı niifuzetmələrlə, formalaşdırıldıqları bilik sahəsinin
hüdudlarından kənara çıxmalarla xarakterizə olunurlar. İqtisadi analiz
metodları, digər iqtisadi elmlərin elmi tədqiqatlarında tətbiq olunurlar.
Deməli, tədqiqatın ümumeimi metodları bir-birilə qarşılıqlı əlaqədə
nəzəri və empirik tədqiqatlarda tətbiq olunur.
Dostları ilə paylaş: