Akademik stil elmi işin yazılmasında ən geniş tətbiq olunanıdır. Bu stil üçün
aşağıdakılar səciyyəvidir: emosional dəyərləndirməyə yol verilmir, “mən”
kəlməsindən istifadə edilmir, mətn passivdə və ya cəm halında “biz”
kəlməsindən istifadə edilməklə yazılır. Tədqiqatın nəticələri dəqiq göstərilir,
konkret cümlələrlə formulə edilir, məsələn: “Elmi tədqiqat işi nəticəsində əldə
edilmişdir ki, ....”. İkimənalı və dağınıq fikirlərdən istifadəyə yol verilmir [29, 55,
62].
Polemik stil səhvlərin inkar edilməsinə, köhnəlmiş nəzər nöqtəsinə, yanlış
mövqelərin və arqumentlərin aşkar edilməsinə yönələn işlərin yazılmasında
istifadə olunur. Eyni zamanda qeyd etmək lazımdır ki, burada kəskin
emosional tona icazə verilmir. İronik və sarkastik formalar yol veriləndir.
Publisistik stil qəzet və ya populyar jurnala məqalə yazmaq üçün yararlıdır.
Səciyyəvi xassəsi odur ki, burada elmi terminlərdən istifadə minimaldır,
emosional qiymətləndirməyə və pafosa yol verilir, materiala şəxsi münasibətin
bildirilməsi mümkündür.
Elmi-populyar stil elmi-populyar jurnal üçün hər hansı bir problem haqqında
məqalə yazdıqda istifadə edilir. Burada elmi problem haqqında sadə dildə,
minimal sayda elmi terminlərdən istifadə etməklə açıq və aydın şəkildə söhbət
açılır.
Dialoq-müsahibə stilinin üstünlüyü ondan ibarətdir ki, burada retorik
üsullardan istifadəyə imkan verilir, ondan şifahi çıxış zamanı istifadə edilə bilir.
Elmi mətnlərin və dərsliklərin yazılmasında arzu olunmur.
Didaktik stil təlimatı və təlimi özlüyündə əks etdirir, ondan elmi-metodiki və
ya dərs vəsaitlərində istifadə edilir. Elmi işdə isə ondan istifadə olunması
münasib hesab edilimir.
Elmi işin yazılmasına qoyulan əsas stilistik tələblər bunlardır [28, 62, 63,
64]:
□
Elmi iş akademik dildə yazılır, bəzi hallarda kiçik həcmdə publisistik və
polemik stilə yol verilir;
□
Mətnin məntiqi və formal quruluşuna riayət edilməli;
□
Mətni bayağı və şablon ifadələrlə doldurmamalı;
□
Uzun və dolaşıq cümlələrdən qaçmalı. “Bir cümlə - bir fikir” qaydasına
riayət etməli;
□
Ümumi məlum olan biliklərin təkrarına yol verməməli;
□
Terminologiyanın vahidliyinə riayət etməli;
□
Lazımsız yerə xarici sözlərdən və terminlərdən istifadə etməməli,
tərcümə zamanı bu sözlərin azərbaycan dilində dəqiq ekvivalentinin
tapılmasına çalışmalı;
□
Qaranlıq, çox mənalı olan sözlərdən və ifadələrdən yan keçməli
(ikimənalı stilistikaya aid misal: “Elan: Sifarişçinin dərisindən gödəkçə
tikirik.”) ;
□
Ehtiyac duyulmadıqda şəxsi terminlərin uydurulmasından yan keçməli,
onları daxil etdikdə isə əsaslandırmalı;
□
Eyni sözün dəfələrlə təkrarlanmasından qaçmalı, lazım gəldikdə bu
sözləri əvəzlik və sinonimlərlə əvəz etməli;
□
Materialı ardıcıl təsvir etməli (burada: buna görə, uyğun olaraq, belə ki,
bu yolla, bundan əlavə və s. kimi birləşdirici ifadələrdən istifadə etmək
məsləhət görülür) ;
□
Nəticələrin yazılışı zamanı onları sıralamaq yaxşı olardı: birincisi, ikincisi
və s. ;
□
Simvol, müqayisə və şəkillər dəqiq və anlaşılan olmalıdırlar. Mətndə
mütləq onlara istinad olunmalıdır. Əks halda onlar lazımsız informasiya
təsəvvürü yaradırlar;
□
İstifadə olunmuş sitat və biblioqrafik mənbələr mətndə dəqiq
göstərilməlidir.
Elmi iş yazma stilistikasına riayət edilməklə azərbaycan dilinin qram-
matikasına uyğun yazılmalıdır. “Mən” şəxsiyyət əvəzliyindən istifadə etmək
xoşagələn deyil. “Mən düşünürəm”, “mən hesab edirəm” ifadələrinin əvəzinə
“görünür ki,..” və ya “belə hesab etməyə əsas var ki,...” ifadələri işlədilir.
Elmi dilin tarixinə nəzər salsaq görərik ki, ilk elmi dil antik dövrdə geniş
yayılan yunan dili olub. Bu, Roma imperiyası dövründə də, latın dili ilə paralel
olaraq tətbiq olunmaqda idi. Yalnız Orta Əsrlərdən başlayaraq Avropada latın
dili yeganə elmi dil kimi başqa dilləri sıxışdırır. Bu dildə çap olunmayan əsərlər
elmi iş kimi qəbul edilmirdi. Eyni zamanda ərəb- hind məkanında ərəb dili elm
dili kimi tətbiq olunurdu. O dövrdə fəlaiyyət gösətərən İbn Sina, İbn əl-Haytəm,
İbn Rüşd kimi alimlər bu dildə yazaraq ərəb elmi dilini yeni səviyyəyə
çatdırmışdılar. XV əsrdə Avropada çap olunan elmi işlərin 70 %-dən çoxu latın
dilində idi. Humanizm dövründə isə latın dili tədricən digər dillər tərəfindən
sıxışdırılmağa başlayır.
XX əsrdən etibarən ingilis dili dünya üzrə elmi işlərin çapında dominantlıq
etməyə başlayır və hazırda bu dil elmi mühitdə əsas kommunikasiya dili
sayılır.
5.2.5.
Sitatların və mənbələrin göstərilməsi
Tədqiqatçı apardığı elmi işin əlyazmasını tərtib etdikdə çox vaxt işdə
göstərilən arqumentləri isbat etmək üçün kənar elmi işlərdən sitatların
gətirilməsinə ehtiyac yaranır. Bu, humanitar sahələr üçün tipik olsa da ondan
istifadə qaydaları bütün sahələrə şamil edilir.
Kənar mənbələrdən olan elmi nəticələrdən istifadə etmək qadağan deyil.
Burada əsas diqqət onların işdə necə istifadə edilməsi və dəqiq
göstərilməsindən ibarətdir. Əks halda işdə plagiatın yer alması baş verir ki, bu
da yol verilməzdir (bax: Bölmə 7.3).
Dostları ilə paylaş: |